Accessibility links

ABŞ prezidenti Şimali Koreya lideri ilə görüşü təxirə saldı


ABŞ prezidenti Simali Koreya lideri Kim Conq Unla iyunun 12-nə təyin edilən Sinqapur sammitini təxirə salıb.

Bizim nüvə qüdrətimiz o qədər nəhəng və güclüdür ki, mən Tanrıya dua edirəm ki, onlardan heç vaxt istifadə edilməsin

"Mən sizinlə Sinqapurda görüşü səbirsizliklə gözləyirdim. Lakin sizin son bəyanatınızda nümayiş etdirilən qəzəb və açıq düşmənçiliyə görə, uzun müddətdir planlaşdırılan görüşü keçirmək vaxtı olmadığını düşünürəm" – deyə, Donald Tramp Kimə ünvanladığı məktubda yazıb.

Şimali Koreya bu yaxınlarda ABŞ-ın hər bir konsessus əldə edilməzdən öncə ölkənin tam nüvəsizləşdirilməsi üçün Liviya modelini təklif etməsindən sonra sammitə qatılmayacağı barədə xəbərdarlıq vermişdi.

"Siz nüvə qabiliyyətinizdən danışırsınız, lakin bizim nüvə qüdrətimiz o qədər nəhəng və güclüdür ki, mən Tanrıya dua edirəm ki, onlardan heç vaxt istifadə edilməsin"- deyə, Tramp əlavə edib.

Prezident bildirib ki, Şimali Koreya fikrini dəyişməsə, “mühüm bir sammitin təşkilinə dair mənə nə yazıb, nə də cavab verəsiniz”- deyə, prezident qeyd edib.

Şimali Koreya hökuməti son günlərdə bir sıra ABŞ rəsmiləri ünvanına kəskin tənqidlərlə çıxış edir.
Şimali Koreya hökuməti son günlərdə bir sıra ABŞ rəsmiləri ünvanına kəskin tənqidlərlə çıxış edir.

"Dünya və xüsusilə də Şimali Koreya davamlı sülh, firavanlıq və sərvət imkanından məhrum edildi. Bu həqiqətən də tarixin ən kədərli anıdır" , prezident yazıb.

Şimali Koreya bu gün Punggye-ri nüvə obyektini bağlayaraq, nüvəsizləşmə öhdəliyinə sadiq qaldığını nümayiş etdirib.

Sinqapur görüşünə hazırlıq məqsədilə Pxenyanda Kim Conq Unla iki dəfə görüşən ABŞ dövlət katibi Mayk Pompeo çərşənbə günü bildirib ki, “biz Koreya yarımadasının bütünlüklə, yoxlanılması mümkün nüvəsizləşdirməsi istiqamətində qəti addımların atıldığını görməynə qədər bizim mövqeyimiz dəyişməyəcək”.

XS
SM
MD
LG