Accessibility links

ABŞ prezidenti: Putinlə görüşdən böyük gözləntim yoxdur!


ABŞ prezidenti Donald Trampın Rusiya prezidenti Vladimir Putinlə görüşdən böyük gözləntisi yoxdur.

“Ora az gözlənti ilə gedirəm”, Tramp CBS televiziya kanalına müsahibəsində deyib.

Amma ABŞ prezidenti qeyd edib ki, görüşdə pis heç nə yoxdur və ola bilsin ki, bir qədər də yaxşı olacaq, görüşə inamla yanaşır.

Donald Tramp deyib ki, rusiyalı həmkarı Vladimir Putinlə görüşdə 2016-cı ildə ABŞ -da keçirilən prezident seçkilərinə müdaxilədə ittiham olunan 12 rusiyalı kəşfiyyatçı barədə də məsələ qaldıracaq.

Amma o, Putindən onların ABŞ-a verilməsini istəməyi düşünmür.

ABŞ və Rusiya prezidentlərinin görüşü iyulun 16-da Finlandiyanın paytaxtı Helsinkidə olacaq.

Bu, prezidentlər arasında ilk təkbətək görüş olacaq.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG