Accessibility links

ABŞ Yeni Zelandiya hücumlarını pisləyir


ABŞ prezidenti Yeni Zelandiya məscidlərinə 49 nəfərin ölümü ilə nəticələnən hücumları "dəhşətli qırğın" adlandırıb. Ağ Ev isə bu hadisələri "qəddar nifrət əməli" kimi qiymətləndirib.

"Mən Yeni Zelandiya xalqına dərin hüznümü bildiriəm. 49 günahsız insan mənasız şəkildə öldürülüb. Nə qədər insan yaralanıb. ABŞ əlindən gəldiyi hər şeylə Yeni Zelandiyanın yanında durur" , Tramp Twitter hesabında yazıb.

Ağ Evin mətbuat katibi Sara Sanders Amerikanın hücumları pislədiyini bildirib.

"ABŞ kəskin şəkildə Kraystçörçdəki hücumları qınayır. Bizim fikrimiz və dualarımız ölənlər və onların ailə üzvlərinədir. Biz Yeni Zelandiya xalqı və hökuməti ilə nifrətin qəddar əməllərinə qarşı həmrəyik", Sanders deyib.

ABŞ-ın vitse-prezidenti Mayk Pens Twitter hesabında eyni həssasiyyət nümayiş etdirərək "hücumun inanclı insanlara qarşı ən ağır şərt" olduğunu deyb.

Ağ Evin milli təhlükəsizlik məsəlləri üzrə müşaviri Con Bolton hücumu terror əməli və nifrət cinayəti adlandırıb.

Əksəriyyəti demokrat olmaqla, Amerika qanunvericiləri və 2012-ci il prezident yarışlarına qatılacaq namizədlər Yeni Zelandiyaya başsağlığı bildirib.

XS
SM
MD
LG