Accessibility links

ABŞ prezidentinin andiçmə mərasimindən öncə təhlükəsizlik tədbirləri gücləndirilir


ABŞ prezidentinin andiçmə mərasimi öncəki təhlükəsizlik tədbirləri gücləndirilir
please wait

No media source currently available

0:00 0:02:25 0:00

ABŞ prezidentinin andiçmə mərasimi öncəki təhlükəsizlik tədbirləri gücləndirilir

Yanvarın 20-də yeni seçilmiş prezident Co Baydenin andiçmə mərasimi ərəfəsində paytaxt Vaşinqtondakı hüquq-mühafizə orqanları və yerli hökumət rəsmiləri ötən həftə minlərlə Prezident Tramp tərəfdarının Kapitoli binasına basqını etdiyi zaman baş vermiş kütləvi təhlükəsizlik pozuntularının qarşısını almaq üçün görünməmiş təhlükəsizlik tədbirləri həyata keçirir.

ABŞ-ın yeni seçilmiş prezidenti Co Baydenin 20 yanvar inaqurasiya mərasiminin təminatına cavabdeh olan ABŞ-ın hüquq-mühafizə orqanları son həftə prezident Donald Tramp tərəfdarları tərəfindən qanlı mühasirə kimi hadisələrin təkrarlanmaması üçün qərarlıdır.

Bir neçə ştatdan on minlərlə Milli Qvardiya qüvvələri bu həftənin sonlarında paytaxt Vaşinqtonda olacaq. Şəhər meri Muriel Bovser Baydenin andiçmə mərasiminin COVID-19 pandemiyasından ekstremist təhdidlərə qədər görünməmiş çətinliklər yaratdığını bildirib.

“Dinc şəkildə nümayişə gələn insanlar, ötən günlərdə Kapitoliyə basqın edən insanlardan çox fərqlidirlər. Və mən düşünürəm ki, o binaya girmiş həmin insanların mütəşəkkil, təlim keçmiş insanlar olduğu görünəcək” - deyə, Vaşinqton şəhər meri bildirib.

Çərşənbə axşamı Federal Təhqiqatlar Bürosu 100 min video və şəkli ipucu olaraq əldə etdiklərini və 160 cinayət işi açdığını bildirib.

“Biz ciddi şəkildə təxribat ittihamlarına diqqət ayırırıq. Buna beynəlxalq əhəmiyyətli terrorizm və əks kəşfiyyat əməliyyatı kimi baxırıq və davranırıq” - deyə, FTB-nin Vaşqinton şəhər şöbəsindən Stiven Di Antuono bildirib.

Yerli terrorizmə qarşı mübarizə xaricdəki terrorçularla mübarizə ilə müqayisədə özünəməxsus hüquqi problemlər yaradır.

“Söhbət burada doğulub böyüyən və Konstitusiya ilə qorunan amerikalılarla davranışdan gedir. Və onlar cinayətə keçmədən əvvəl nə qədər dərinə gedə biləcəklərini və bu xəttin harada başlayıb bitəcəyini bilirlər” - deyə, Miçiqan Universitetinin terrorla mübarizə mütəxəssisi Səid Cavad Əli bildirib.

Bu həftənin əvvəlində Bayden Amerikanın Səsinin sualına cavab olaraq, ABŞ-ın andiçmə mərasimlərindəki ənənəyə sadiq qalaraq açıq havada and içməkdən qorxmadığını deyib.

"Ancaq mən düşünürəm ki, təxribatla məşğul olan və insanların həyatını təhlükə altına qoyan, ictimai əmlaka ziyan vuran, böyük zərərə səbəb olan insanların məsuliyyətə cəlb edilməsinə ciddi şəkildə diqqət ayrılmalıdır" - deyə, ABŞ-ın yeni seçilmiş prezidenti Co Bayden qeyd edib.

Həftələr boyu rəsmilər yanvarın 6-da Kapitoliyə hücuma çağırış edən sağçı ekstremistlərin və ağ supremasistlərin onlayn fəaliyyətlərini izləyib. Hazırda isə andiçmə mərasiminə qədər və ya mərasim zamanı daha çox zorakılıq planlayanlara diqqət yönəldilir.

XS
SM
MD
LG