Accessibility links

ABŞ prezidenti Britaniyada dövlət səfərindədir


Britain's Queen Elizabeth II (2L), US President Donald Trump (L), US First Lady Melania Trump (C), Britain's Prince Charles, Prince of Wales (2R) and Britain's Camilla, Duchess of Cornwall pose for a photograph ahead of a State Banquet in the ballroom at
Britain's Queen Elizabeth II (2L), US President Donald Trump (L), US First Lady Melania Trump (C), Britain's Prince Charles, Prince of Wales (2R) and Britain's Camilla, Duchess of Cornwall pose for a photograph ahead of a State Banquet in the ballroom at

ABŞ prezidenti Donald Tramp Britaniyada rəsmi dövlət səfərindədir. Səfər zamanı prezident Tramp və birinci xanımı Melaniya kral ailəsi ilə görüşüb və kraliçası II Elizabet tərəfindən verilmiş dövlət səviyyəsində şam ziyafətində iştirak ediblər.

Britaniya kraliçası Elizabet bazar ertəsi Trampı və həyat xanımı Melaniyanı Bukingem sarayında salamlayıb. 41 salyut atəşinin daxil olduğu qarşılama mərasimindən sonra Tramp kraliça ilə nahar etmək üçün saraya daxil olub.

Vaşinqtonu tərk etməzdən öncə Tramp bu səfərin “çox maraqlı” olacağını və Birləşmiş Ştatlarla Britaniyanın birlikdə çalışaraq, gələcəkdə “çox böyük ticarət sazişi” imzalamaq imkanı olduğunu deyib.

Trampın səfəri Britaniyada siyasi böhran zamanına təsadüf edir. ABŞ prezidentinin baş nazir vəzifəsini tərk etməyə hazırlaşan Tereza Mey ilə danışıqları planlaşdırılıb. Mey keçən ay vəzifəsindən istefa edəcəyini bildirib. Buna səbəb Britaniyanın Avropa İttifaqından çıxışının təmin edilməməsidir.

Bu proses Meyin vəzifəsini tutacaq davamçısı tərəfindən tamamlanmalı olacaq. Lakin bu məsələnin aydın həlli görünmür.

Tramp ictimai şəkildə sabiq xarici işlər naziri Boris Consonu dəstəkləyərək, müxbirlərə bazar günü bildirib ki, o Londonda olduğu müddət Conson və Brexit tərəfdarı olan Naycel Farac ilə görüşə bilər.

Trampın səfər planlarına daxil olmayan onun London meri Sadiq Xan ilə görüşüdür. Xan The Observer dərgisində yazmışdı ki, Trampın Britaniyada dövlət görüşündə salamlanması yanlışdır. London meri Trampın Britaniya ifrat sağçı qrupların tvitlərini paylaşdığını, onun iqlim dəyişilməsinin elmi sübutlarını inkar etməsi və Meyin əvəz edilməsinə “utanmazcasına müdaxilə etməsini” qeyd edib.

Xan ilə görüşə necə yanaşdığı barədə verilən suala Tramp bazar günü bildirib ki, “Yox, mən onun haqda yaxşı fikirdə deyiləm.”

Trampın səfərinə İkinci Dünya Müharibəsində müttəfiqlərin nasist Almaniyasına qarşı əməliyyatlarının başlamasının ildönümünün həm Britaniyada, həm də Fransada keçiriləcək mərasimlərində iştirakı, o cümlədən İrlandiyada dayanacaq da daxilir.

XS
SM
MD
LG