Accessibility links

Tramp koronavirusla mübarizəyə 8 milyard dollar ayırır


ABŞ prezidenti Donald Trampın vaksin hazırlanması da daxil olmaqla, koronavirusla mübarizə üçün 8.3 milyard dollarlıq qanun layihəsi imzalayacağı gözlənilir. Qanun layihəsi Ağ Ev və ABŞ Senatında səsə qoyularaq yekdilliklə qəbul olunub.

Senatın Təsisatlar Komitəsinin sədri Riçard Şelbi bildirib ki, "bu cür situasiyalarda Amerika xalqını qorumaq üçün heç bir xərcləmələrdən çəkinməməyin lazımlı olduğuna və gərəkli olan bütün addımların atılmalı olduğuna inanıram".

ABŞ Sağlamlıq və Sosial xidmətlər departamentinin katibi Aleks Azar bildirib ki, cümə axşamı koronavirusu aşkara çıxaran bir milyon test dəstinin bu həftə sonu ABŞ laboratoriyalarına gəlməsi gözlənilir. O, test dəstlərinin xüsusi bir istehsalçıdan göndərildiyini bildirib.

Digər tərəfdən isə Tramp administrasiyası test dəstlərinin az olması ilə bağlı tənqidlərlə üzləşib.

Vitse-prezident Mayk Pens cümə axşamı Vaşinqton ştatında çıxışı zamanı bildirib ki, qarşıdan gələn böyük ehtiyacın qarşılanması üçün kifayət qədər test dəstlərimiz yoxdur, lakin son bir neçə gündə bu məsələ ilə bağlı böyük irəliləyiş əldə etmişik.

Hazırda Vaşinqton ştatı ABŞ-da virusdan ölənlərin sayına görə ilk yerdə gəlir. Belə ki, 12 ölüm halından 11-i ştatın paytaxtı Sietl yaxınlığındakı qocalar evində baş verib.

ABŞ-ın Milli Tibb Bacıları Birliyi bildirib ki, birliyin üzvlərinə işlərinin lazımi səviyyədə yerinə yetirmələri üçün lazım olan qaynaqlar, materiallar, qorumalar və təlimatlar verilməyib. Birliyin İcraçı Dirketoru Bonni Kastilyo bildirib ki, "tibb bacılarını və digər tibb işçilərini müdafiəsiz buraxmaq uğurlu bir strategiya deyil.

Şərhlərə bax

XS
SM
MD
LG