ABŞ prezidentinin müşaviri Yaxın Şərq üzrə sülh missiyasını başa çatdırıb. Cared Kuşner Tramp administrasiyasının fələstinlilərin razılığından asılı olmayaraq, yaxın günlərdə sülh planını açıqlayacağını bildirib.
Prezident Abbas ABŞ administrasiyasının ditəsini qəbul etməyəcək
Fələstin rəsmiləri Kuşnerin bir həftəlik Yaxın Şərq səfəri çərçivəsində onunla görüşməkdən imtina edib. Buna ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıması səbəb olub.
Kuşner İsrail, Misir, İordaniya və Səudiyyə Ərəbistanı liderləri ilə görüşlər keçirib. Fələstin qəzetinə müsahibəsi zamanı Kuşner deyib ki, beynəlxalq ictimaiyyət Mahmud Abbasın sülh prosesində konstruktiv addımlar atmamasından narahtdır.
Qüdsü gələcək dövlətlərinin paytaxtı hesab edən fələstinlilər ABŞ-ın slüh planının yararsız olduğunu bildirir.
“Prezident Abbas ABŞ administrasiyasının ditəsini qəbul etməyəcək. Tək prezident deyil, bütün Fələstin xalqı bunu qəbul etməyəcək. Günahlandırma oyunu başlayıb” - deyə, Fələstinin baş müzakirəçisi Saeb Erekat bildirib.
İsrailin baş naziri Minister Benyamin Netanyahu isə Kişnerlə müzakirələri konstruktiv adlandırıb. O deyib ki, İsrail müzakirələr masası arxasına şərtsiz qayıtmağa hazırdır. Baş nazir fələstinliləri bundan nümunə götürməyə çağırıb.