Accessibility links

ABŞ prezidentinin nüvə hücumu başlatmaq səlahiyyətinin məhdudlaşdırılması müzakirə olunur


ABŞ qanunvericiləri və nüvə silahlarına nəzarət liderləri çərşənbə günü ABŞ prezidentlərinin nüvə hücumu başlatmaq səlahiyyətinin məhdudlaşdırılması ilə bağlı mətbuat konfransı keçirəcək.

Massaçusetsli demokrat senator Edvard Marki və kaliforniyalı konqresmen Ted Lyo “prezident Donald Tramp və ya hər hansı ABŞ prezidentinin Konqres tərəfindən müharibə elan olunmadan nüvə hücumu həyata keçirmək səlahiyyətini məhdudlaşdırmaq istəyir”.

Qanunvericilər 2018-ci ildə prezident Şimali Koreyaya nüvə düyməsinin böyüklüyü ilə bağlı lovğalanmasını misal gətirib.

İki lider gələn ay mümkün ikinci sammit keçirməyi pllanlaşdırır. Ötən il Sinqapurda keçirilən ilk sammitdə Şimali Koreyanın nüvəsizləşməsinə dair çox az nəticə əldə olunub.

XS
SM
MD
LG