Accessibility links

“Blair House“ – ABŞ prezidentlərinin Qonaq Evi


“Blair House“ – ABŞ prezidentlərinin Qonaq Evi
please wait

No media source currently available

0:00 0:02:54 0:00

“Blair House“ – ABŞ prezidentlərinin Qonaq Evi

Bleyr Evi – ABŞ prezidentinin Qonaq Evi. Bu ev ABŞ siyasəti tarixində müstəsna rola sahib olub. 1824-cü ildə tikilən bu ev bir çox xarici siyasətçiləri qəbul edib, vacib qərarların qəbul olunduğu məkan olub.

Ağ Evlə üzbəüz, küçənin o tayında yerləşən Bleyr Evinin uzun və maraqlı tarixi var.

“Bleyr evinin hər otağının özünəməxsus hekayəsi var. Prezident Linkolnun iş otağı, əsas lobbidəki Lincoln güşəsi, yəqin ki, evdəki ən tarixi otaqdır. Ən əsası ona görə ki, Lincoln Bleyr ailəsi ilə söhbət edərək burada çox vaxt keçirdib,” Bleyr Evinin bələdçisi Kendis Şeyrmən deyir.

1800-cü illərdə Bleyr evi siyasi mərkəzə çevrilib. O zamankı prezident Endrü Cekson rayon məhkəməsinin katibi Frensis Preston Blairə "The Globe" yerli qəzetin ilk hökumətyönümlü nəşrə çevrilməsini təklif edib. Bir neçə il sonra Bleyr və ailəsi bu evə köçür. Ev hələ də onun adını daşıyır.

“Bleyr mükəmməl redaktor olub və yazdığı qəzəbli məqalələr, dərin mənalı yazılarında və qəzetində əldə etdiyi müvəffəqiyyət onu çox məşhur bir siyasi fiqur və prezident məsləhətçisi edib. Bu isə evi məşhur edib və bir çox siyasətçi buraya Bleyrlə görüşmək və siyasi söhbətlər üçün toplaşıb,” Bleyr Evinin bələdçisi Kendis Şeyrmən deyir.

1940-cı ildə Bleyr Evi prezidentin rəsmi qonaq evi olur.

“İkinci Dünya Müharibəsi zamanı Uinston Çerçill tez-tez Ağ Evə gələrək, burada qalardı. Gecənin yarısı o oyanaraq siqarı əlində prezidenti axtarmağa çıxardı. Prezidentin həyat yoldaşı Eleanor onu görərək saxlayır və “Cənab baş nazir, sizcə bu səhərə qədər gözləyə bilməz?”deyirdi. Əminəm ki, növbəti gün o, ərinə satışa çıxarılmış Bleyr evini qonaq evi kimi almağı məsləhət görüb,”

O zamandan bir çox vacib siyasi tədbirlər və görüşlər burada keçirilib.

“Zənnimcə, Koreya müharibəsinə qoşulmaq qərarı bu masa arxasında qərara alınıb,” Bleyr Evinin bələdçisi Kendis Şeyrmən deyir.

120-dən çox otağı olan Bleyr evi adi qonaq evi deyil. Hər otaqda Bleyr ailəsinə məxsus mebel var. Burada əntiq əşyalar, rəsm əsərləri, tarixi artifaktlar və burada qalan qonaqlardan hədiyyələr də var. Evdə qalan qonağa hörmət olaraq Bleyr evi burada qaldığı müddətdə Amerika bayrağını qonaq olan ölkənin bayrağı ilə əvəz edir.

Xarici qonaqlarla yanaşı bəzən Bleyr evində prezident seçilənlər inaqurasiyadan öncə burada qalır. 1977-ci ildə yeni seçilmiş prezident Cimmi Karter burada qonaq kitabçası ənənəsini başladıb.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG