Accessibility links

ABŞ prezidentlərinin sürücülərindən nə tələb olunur?


ABŞ prezidentinin müdafiəsi onun üçün atəş altına girməkdən çox uzaqdır.

Mühafizə gizili xidmət işçilərinə təcrübəli sürücülük təlimləri keçilməsi deməkdir.

550 metrlik məsafəni əhatə edən təlimlər zamanı maşının müdafiə məqsədi ilə sürülməsi texnikası öyrədilir. Belə ki, sürücü avtomobili 180 dərəcə döndərərək cəld şəkildə böyük sürətlə yola qoymalıdır.

Gizli xidmətin bu necə deyərlə müdafiə sürücülüyünün bir məqsədi var: Ölüm zonasından təhlükəsiz lokasiyaya keçid.

5 günlük təlimlərin başa çatmasından sonra belə gizli xidmət işçiləri 9 min kiloqramlıq Cadillak One və The Beast kimi limuzin zirehli maşının sükanı arxasına keçməyə hazır olmur. Prezident və vitse-prezidentin sürücüləri əlavə daha təkmilləşmiş təlimlərdən keçməlidir. Yanlışlıqlara yalnız nadir hallarda yol verilə bilər.

Digər xüsusi kurslar maşınları müşayiət edən motosikletçilər üçündür. İkitəkərli motosikletlərdən əlavə velosipedlərin də bacarıqla idarə edilməsi mühüm amillərdəndir.

Sürücülər golf maşınları, habelə bütün ərazi vasitələrini məharətlə idarə etməyi bacarmalıdır.

Prezidenti daşıyan iri maşınlardan daha böyüyü 2012-ci ildə son dəfə sabiq prezident Barak Obmanın mindiyi Ground Force One avtobusur ki, bunun da sürücülüyü böyük məharət tələb edir.

1 milyon dollarlıq dəyəri olan 47 kvadrat metrlik geniş avtobusun bir əkisi var ki, ondan Obamanın rəqibi Mitt Romni istifadə edib.

Prezident sürücülərinin stresləri də çox olur. Belə ki, müxtəlif ölkələrin müxtəlif yol dönüşləri var.

Təlimlərin məqsədi baş vermis hadisələrin təkrarlanmamasıdır. 1963-cü iin noyabr ayının 22-də prezident Con F. Kennedi Dallasda snayperin qurbanı olmuşdu. Maşının üstü açıq olduğuna görə qətlə məruz qalan prezidentin ölümündən sonra prezidentlər üçün zirehli gülləkeçməz tavanlı maşınlar istesal edilməyə başlayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG