ABŞ Prezidenti Donald Tramp cümə axşamı ABŞ-ın Yəməndə endirdiyi dron zərbələri nəticəsində Əl-Qaidənin Ərəbistan yarımadasındakı liderinin öldüyünü təsdiqləyib.
Tramp ABŞ-ın uğurlu anti-terror əməliyyatı keçirdiyini deyərək, Ərəbistan yarımadasında Əl-Qaidə qurucusu və lideri Qasım al-Riminin öldürüldüyünü bildirb. Rimi Əl-Qaidənin hazırki lideri Ayman əl-Zavahirinin sağ əli sayılırdı.
"Riminin rəhbərliyi altında Əl-Qaidə Yəməndə mülki şəxslərə qarşı miqyasagəlməz zorakılıq edib və ABŞ qüvvələrimizə qarşı çoxsaylı hücumlar təşkil etmək və hücumlara dəstək verməyə çalışıb," Tramp bildirb.
"Onun ölümü Ərəbistan yarımadasında Əl-Qaidə və qlobal əl-Qaidə hərəkatının vəziyyətini daha da ağırlaşdırır. Bu bizə qrupların milli təhlükəsizliyimizə qarşı yaratdığı təhdidləri tamamilə aradan qaldırmağa yaxınlaşdırır," Tramp bildirb.
Rimi 1990-cı illərdə Əl-Qaidəyə qoşulub. Əfqanıstanda Osama bin Ladenlə işləyib və amerikalıları hədəf alan bir neçə hücumlarda iştirak edib.
Riminin ölümü ABŞ-ın son aylardakı əməliyyatlarında öldürülən üçüncü əhəmiyyətli terrorçudur. Belə ki, bundan əvvəl oktyabr ayında ABŞ qüvvələri İslam Dövlətinin qurucusu Əbu Bəkr əl-Bağdadini, yanvar ayında İran generalı və Qüds Korpusunun komandanı Qasım Süleymanini öldürüb.