Accessibility links

ABŞ qüvvələri Liviyadan müvəqqəti çıxarılır


ABŞ qüvvələrinin Afrikadakı komandanlığı Liviyadakı qüvvələrinin bu ölkədən müvəqqəti çıxarılacağını bildirib.

Bəyanat Liviyada gedən hərbi əməliyyatlar fonunda verilib.

Keçmiş Liviya lideri Qəzzafinin vaxtilə müttəfiqi olmuş Xəlifə Həftarın qoşunları hazırda Tripoli hava limanını ələ keçirməyə cəhd göstərir.

Amma Liviyadan çıxarılacaq ABŞ qüvvələrinin sayı və ya onların hansı ölkəyə çıxarılacağı barədə məlumat verilmir.

Xəlifə Həftar
Xəlifə Həftar

Regiondakı ABŞ qüvvələrinin komandanı general Tomas Voldhauzer qeyd edib ki, ölkədə çətin və ağılagəlməz vəziyyət müşahidə olunur.

75 yaşlı Xəlifə Həftar hökumətin nəzarətində olmayan Milli ordunun komandanıdır.

O, 1980-ci illərin sonlarında müxalifətə keçib və dikdator devrilərkən yenidən ölkəyə dönüb.

Qəzzafi rejimi devrildikdən sonra müxalifət parçalanıb və Həftar bundan əvvəl bir çox dünya ölkəsi tərəfindən tanınan Məclisi dəstəkləyib.

Tripoli həmin vaxtdan bu yana BMT və beynəlxalq aləmin iştirakı ilə yaradılmış Milli Birlik Hökumətinin nəzarətindədir.

BBC-nin məlumatına görə, Liviya hökumətinin başçısı Fəiz Sarac general Həftarı satqınçılıq və dövlət çevrilişinin təşkilində ittiham edir.

“Böyük 7-lər” və BMT martin 6-da Həftarı hücumu dayandırmağa çağırıb.

XS
SM
MD
LG