Accessibility links

ABŞ qüvvələrinin Əfqanıstanı tərk etməsinə ziddiyyətli reaksiyalar


ABŞ mediasında prezident Donald Trampın Əfqanıstandakı Amerika qüvvələrinin çıxarılması qərarına qarışıq reaksiyalar verilir.

Prezidentin qərarı Suriyada İslam Dövlətinin məğlub edildiyi və qüvvələrin Suriyadan çıxarılmasına göstəriş verməsindən bir neçə gün sonra səslənib.

Bu, qarşılığında heç bir şey vermədən uzun müddət istədiyi şeyləri qazanmış Talibanı gücləndirəcək

Prezident Donald Trampın ABŞ hərbi qüvvələrinin Suriyadan çıxarılması haqda qərar verdiyinə dair mesajı Vaşinqtonda bir çoxları tərəfindən şok kimi qarşılanıb.

Bu, Birləşmiş Ştatların xarici siyasətində bu il ən mühüm dəyişiklikdən xəbər verir.

ABŞ rəsmiləri bu dəyişikliyin səbəbini izah etməyə çalışdığı zaman bir çox ekspertlər qərarın mümkün nəticələri ilə bağlı suallar qaldırır.

Prezident Donald Tramp adəti üzrə sensasiyalı xəbəri Twitter sosial şəbəkəsində paylaşıb.

“Biz Suriyada orada mövcudluğun yeganə səbəbi olan İŞİD-i məğlub etmişik”, Tramp mesajında yazıb.

Vaşinqtonda yerləşən Uilson Mərkəzinin Cənubi Asiya üzrə mütəxəssisi Maykl Kuqelman ABŞ-ın Əfqanıstandakı hərbi mövcudluğunu azalmasının ciddi nəticələr verə biləcəyini qeyd edir.

“Bu, qarşılığında heç bir şey vermədən uzun müddət istədiyi şeyləri qazanmış Talibanı gücləndirəcək” , Kuqelman bildirib.

Təxminən 7,000 ABŞ əsgəri yanvar ayında evə qayıtmağa başlayacaq, qalanları isə növbəti aylarda mərhələli şəkildə qayıdacaqlar.

Hazırda Amerikanın 14 mindən çox əsgəri Əfqanıstandadır. Bundan əlavə NATO müttəfiqlərinin 8 min əsgəri o ölkədə xidmət göstərir.

Siyasət araşdrımaçısı Ceyson Kempbell hesab edir ki, Amerikanın qərarı NATO-nun müttəfiqlərini sarsıda bilər.

“Əgər ABŞ qərarını tərəfdaşları ilə müzakirə etməyibsə, onlara xəbərdarlıq verməyibsə, bu, partnyorların narazılığına, hətta qərarlarını yenidən nəzərdən keçirmələrinə səbəb ola bilər” , Kempbell deyib.

ABŞ qoşunları NATO-nun qeyri-hərbi qüvvələrinin bir hissəsidir, onların əsas vəzifəsi Əfqanıstan qöşunlarına öz ölkələrində təhlükəsizliyə görə məsuliyyətə cəlb etmək üçün təlim və məsləhət verməkdir.

Tramp administrasiyası Əfqanıstandakı müharibənin danışıqlar yolu ilə sona çatması üçün Talibanla da danışıqlar apara bilər.

Müdafiə naziri Cim Mattis ötən həftə Donald Trampa istefa məktubunda Əfqanıstanı xüsusi qeyd etməyib, amma prezidentin "fikirlərinə ən uyğun olan müdafiə naziri ilə işləməyə hüququ var” yazıb.

Nanqarhar vilayətindən jurnalist Nəcib Alokozayi qüvvələrin çıxarılmasının böyük təsirə malik olmaycağını düşünür.

“ABŞ qüvvələrinin çıxarılmasının ciddi təsiri olmayacaq. Belə ki, ABŞ-ın Cənubi Asiya strategiyasına əsasən Əfqanıstana 5 min yeni qüvvəsi yerləşdirilib. İndi isə 7 min əsgər ölkəni tərk edir” - deyə, o bildirib.

Alokozayi həm də əlavə edib ki, insanları bütün xarici qüvvələrin ölkəni tərk etməsi ilə münaqşələrin artacağı narahat edir.

Talibanın sabiq üzvü və hazrda Kabildə təhlilçiliklə məşğul olan Vahid Müjdənin dediyinə görə, Taliban ABŞ qüvvələrinin Əfqanıstanı tələsik tərk etməsinin tərəfdarı deyil.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG