ABŞ Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirərək oraya Anatoliy Çepiqa (Boşirovu) və Aleksandr Mişkini (Petrovu) əlavə edib.
Böyük Britaniya dövlət orqanları bu şəxsləri keçmiş QRU kəşfiyyatçısı Sergey Sripal və onun qızını İngiltərənin Solsberi şəhərində sui-qəsd cəhdində ittiham edib.
ABŞ-ın yenilənmiş sanksiyalar siyahısında 18 rus yer alır.
Boşirov soyadı altında rus kəşfiyyat zabiti Anatoliy Çepiqa olduğu ehtimalını sentyabrın sonunda 'Bellingcat' kəşfiyyat qrupu və The Insider xəbər verib. Az sonra Petrov soyadının altında rusiya casusu Aleksandr Mişkin olduğu da aşkara çıxıb.
ABŞ Maliyyə Departamentinin siyahısında həmçinin ABŞ-ın seçki prosesinə müdaxilə etməkdə və Dünya Anti-Dopinq Agentliyi bazasına təsir etməyə cəhd göstərməkdə təqsirləndirilən Rusiya Silahlı Qüvvələri Baş Qərargahının baş kəşfiyyat idarəsinin digər işçiləri də var.
ABŞ-ın yenilənmiş sanksiyalar siyahısında 18 rusiyalının adı var.
Sanksiyalara həmçinin "Ekonomika seqodnya", "Nevskiye novosti" və USA Really, həmçinin "Federal Xəbər Agentliyinin" (FXA) nəşrləri düşüb. FXA iş adamı Yevgeni Priqojin ilə əlaqələndirillər. Media onu dəfələrlə Rusiya prezidenti Vladimir Putinə yaxın adam adlandırıb.