Accessibility links

ABŞ qadınlar üçün nəzərdə tutulan sığınacağa yardımını davam etdirəcək


ABŞ səfirliyinin müvəqqəti işlər vəkili Vilyam Qill qadınlar üçün nəzərdə tutulan sığınacaqda olub
ABŞ səfirliyinin müvəqqəti işlər vəkili Vilyam Qill qadınlar üçün nəzərdə tutulan sığınacaqda olub

Noyabrın 26-da ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Villiyam Qill Təmiz Dünya ictimai birliyinin qadınlar üçün nəzərdə tutulan sığınacağına baş çəkib.

ABŞ səfirliynin məlumatına görə, Bakıda yerləşən sığınacağa baş çəkməyin məqsədi Ümumdünya Ailədaxili Zorakılıqa qarşı 16 Günlük Fəaliyyət kampaniyasının qeyd edilməsi olub.

Müvəqqəti işlər vəkili sığınacağın rəhbəri Mehriban Zeynalova, əməkdaşlar və sığınacaqda məskunlaşan qadınlarla, onların ailə üzvləri ilə görüşərək, ailədaxili zorakılığın cəmiyyətə gətirdiyi ziyanla bağlı danışıb.

İl ərzində 300 nəfərədək insan sığınacağa müraciət edir. 2003-cü ildən başlayaraq müraciət edənlərin sayı artmaqdadır.
Mehriban Zeynalova

Cənab Qill sığınacaqda olan şəxslərə sosial işçilər, psixoloqlar və digər mütəxəssislər tərəfindən göstərilən yardımlar da daxil olmaqla həyata keçirilən fəaliyyətlər barədə məlumatları dinləyib.

Villiyam Qill deyib: "ABŞ səfirliyi bu və digər sığınacaqlara yardım etməyi davam edəcək və biz Azərbaycan hökumətinidə bunu etməyə çağırırıq".

ABŞ səfirliyi ictimayyət nümayəndələrini Facebook, Instagram, və Twitter social platformalarını nəzərdən keçirərək, sözügedən 16 günlük kampaniyaya qatılmağa dəvət edir.

Öz növbəsində, sığınacağın rəhbəri Mehriban Zeynalova Amerikanın Səsinə bildirib ki, qadınlar üçün nəzərdə tutulan sığınacaq 2002-ci ildə təşkil edilib və ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD) tərəfindən maliyyələşdirilir.

"İl ərzində 300 nəfərədək insan sığınacağa müraciət edir. 2003-cü ildən başlayaraq müraciət edənlərin sayı artmaqdadır", o qeyd edib.

Mehriban Zeynalova sığınacağın genişləndirlməsinə ehtiyac duyulduğunu bildirib.

XS
SM
MD
LG