Accessibility links

ABŞ qanunverciləri sərhəd xidməti rəhbərinin istefasını tələb edir


Federal nəzarətdə olarkən həyatını itirən qvatemalalı qızın sağ ikən olduğu yerləri ziyarət edən Konqresin nümayəndələr heyətinin başçısı ABŞ sərhəd mühafizə xidmətinin rəhbərini vəzifəsindən istefa verməyə çağırıb.

Rəsmilərin verdiyi məlumata görə, iki gün öncə ölən yeddi yaşlı Yakelin Caal Maquin, onun atası və daha 161 nəfər miqrant bu ayın əvvəlində Nyu-Meksika çölünü keçərkən ABŞ sərhəd xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

Qanunvericilərdən biri miqrantların saxlandığı yeri qeyri-insani adlandırıb və ölüm halları ilə bağlı müstəqil istintaqın başladılması üçün çağırış edib.

Nümayəndə heyətinin üzvləri həmçinin bildiriblər ki, ABŞ prezidenti Donald Trampın Meksika ilə sərhəd boyunca divar inşası tələbi real ehtiyacı əks etdirmir. Onlar əlavə edib ki, sərhəddə daha yaxşı avadanlıq, prosedur və təlimlərə ehtiyac duyulur.

Tramp ABŞ ilə Meksika sərhədi boyu divarın insaşı üçün 5 milyard dollar tələb edir, lakin Nümayəndələr Palatası və Senatın demokrat liderləri bunu rədd edir.

XS
SM
MD
LG