Accessibility links

ABŞ qanunvericiləri 900 milyard dollarlıq koronavirus yardım paketini təsdiq edib


ABŞ Konqresi ilin sonunda 900 milyard dollarlıq koronavirus yardım paketi və 1.4 trilyon dollarlıq illik büdcə qəbul edib.

Həm Nümayəndələr Palatası, həm də Senat qanun layihəsini bazar ertəsi böyük səs fərqi ilə qəbul edib. Qanunvericilərin 5 min səhifəlik qanun layihəsini oxumağa yalnız bir neçə saatı olub. Onların ABŞ hökumətinin büdcəsini təsdiq etmək üçün gecə yarısına qədər vaxtı olub.

Prezident Donald Trampın qanun layihəsinin növbəti günlər ərzində imzalayacağı gözlənilir.

Qanun layihəsi Demokrat və Respublikaçı liderlərin bir neçə həftə boyunca hökumətin koronavirus yardımına nə qədər pul daxil etməli, işsizlərə yardımın daxil edilib-edilməməsi və iqtisadiyyatın açıq tutulmalı olub-olmaması üzərində danışıqlarından sonra qəbul edilib.

Qanun layihəsi həmçinin COVID-19-a yoluxma hallarının artması fonunda təsdiqlənib. Bazar ertəsi gecəyə olan məlumata görə, Birləşmiş Ştatlarda ümumulikdə 18 milyon koronavirusa yoluxma halı, 319 000 ölüm halı qeydə alınıb. Belə ki, ölkədə hər gün 200 000 nəfər koronavirusa yoluxur.

Qanun layihəsinin əsas hissələrindən biri ABŞ-dakı əksər insanlara 600 dollarlıq birbaşa ödəniş daxildir. Maaşları ildə 75 000 dollardan artıq olan insanlar üçün isə bu pulun miqdarı azalır. Maliyyə katibi Stiven Mnuçin bildirib ki, milyonlarla amerikalı növbəti həftədən başlayaraq stimulis çeklərini ala bilərlər. Bundan öncə amerikalılara mart ayında 1200 dollarlıq yardım çekləri göndərilmişdi.

Yeni qanun layihəsində bizneslərin konavirus pandemiyası səbəbilə yaranan iqtisadi təzyiq nəticəsində məcburi işdən çıxarılmalar dövründə işçilərini işdə saxlamlaarına yardım etmək üçün Maaşı Qorumaq Proqramı (Paycheck Protection Program) təşəbbüsü üçün 284 milyard dollar ayırılıb.

Bundan əlavə qanun layihəsinə işsizlərə 11 həftə boyunca həftəlik 300 dollar işsizlik təzminatı, yerli məktəb və universitetlərə 82 milyard dollar yardım, 25 milyard dollar kirayə yardımı, teatrlara 15 milyard dollar, uşaq bağçalarına isə 10 milyard dollar yardım daxildir. Qanun layihəsində başqa ölkələrə COVID-19 vaksinləri əldə etmək üçün 4 milyard dollar yardım mövcuddur.

“Amerika xalqı əmin ola bilər ki, əlavə yardım yoldadır,” Senatın çoxluq lideri Mitç Makkonnel bildirib.

Demokratlar daha böyük yardım paketini dəstəkləyiblər. Nümayəndələr Palatası mayda 3 trilyon, oktaybrda isə 2 milyard dollarlıq yardım paketini qəbul edib. Lakin Respublikaçılar bu qədər böyük yardıma qarşı çıxıb.

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG