Accessibility links

ABŞ qanunvericiləri Ağ Evin onlara İranla bağlı məlumat verməsini gözləyir


ABŞ qanunvericiləri Ağ Evin onlara İranla bağlı məlumat verməsini gözləyir
please wait

No media source currently available

0:00 0:03:03 0:00

ABŞ rəsmilərinin bu həftənin sonunda qanunvericilərə Tramp administrasiyasının Amerikanın Yaxın Şərqdə hərbi mövcduluğunu artırmasına və İraqdakı diplomatik təsislərdən işçiləri çıxarmasına nəyin səbəb olduğuna dair məlumat verəcəkləri gözlənilir. Konqresdə hər iki partiyanın üzvləri Ağ Evdən İrandan gələn mümkün təhlükələrlə bağlı məlumatı onlarla paylaşmasını tələb edir.

Tramp administrasiyası həm sözdə həm əməldə İran və İran rəsmiləri ilə bağlı xəbərdarlıq edir.

Mən Dövlət Departamenti və Müfadiə Nazirliyini buraya gəlib, bizə nələrin baş verdiyini anlatmağa çağırıram, çünki mən təhlükənin qəzetlərdə oxuduğumdan nə dərəcədə yüksək olduğunu bilmirəm.
Lindsi Qraham

“Əgər Amerikanın maraqlarına hücum olsa, biz də müvafiq qaydada cavab verəcəyik”– deyə, dövlət katibi Mayk Pompeo bildirib.

Qanunvericilər daha çox məlumat tələb edir.

“Mən Dövlət Departamenti və Müfadiə Nazirliyini buraya gəlib, bizə nələrin baş verdiyini anlatmağa çağırıram, çünki mən təhlükənin qəzetlərdə oxuduğumdan nə dərəcədə yüksək olduğunu bilmirəm”, respublikaçı senator Lindsi Qraham söyləyib.

“Bizə aydınlıq gətirilməlidir, bizə cavablar lazımdır və bu, indi olmalıdır”, demokrat senator Robert Menendez deyib.

Yaxında İranla müharibənin gözlənib-gözlənmədiyinə dair suala cavab olaraq Tramp bunu deyib:

“Ümid edirəm ki, yox.”

Bəziləri 2003-cü ildə ABŞ-ın İraqa müdaxiləsi kimi bir mənzərənin təkrarlanmasından naharatdır.

“Biz İraqda kütləvi qırğın silahlarının olduğunu iddia edərək, ora müdaxilə etdiyimiz kimi İrana da müdaxilə etməməliyik. Həmin hərbi müdaxilə ən fəlakətli hərbi müdaxilələrdən biri idi, amma nəticədə heç bir kütləvi qırğın silahı tapılmadı”, demokrat senator Robert Menendez söyləyib.

ABŞ-ın İraqdakı qüvvələrinin sabiq komandiri də məsləhət verib ki, Amerika İranın davranışını dəyişməyə çalışmalıdır, oradakı rejimi deyil.

“Məncə hərbi müdaxilə məsələsi ciddi olaraq gündəmdə deyil. Fikrimcə biz xüsusuilə də Ərəb Baharından sonra öyrənməliydik ki, rejim dəyişikliyi baş hər zaman bizim ümid etdiyimiz kimi nəticələnmir” – deyə, Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktoru general Deyvid Petreus bildirib.

Hələ ki, bir çox respublikaçı İranın keçmiş əməllərini nəzərə alaraq, administrasiyanın niyyətinin doğru olduğuna inanmaq istəyir.

“Mən administrasiyanın regiondakı hərbi imkanlarını gücləndirmək baxımından etdiklərini dəstəkləyirəm. Səbəbi isə budur: bu, İrana 2004, 2005, 2006-da olduğu kimi ordu üzvlərimizi öldürüb, yaralamağa çalışsanız, bizim sizi bunun bədəlini ödəməyə imkanlarımız olmalıdır mesajını göndərir”, respublikaçı senator Dan Sullivan söyləyib.

Biz İraqda kütləvi qırğın silahlarının olduğunu iddia edərək, ora müdaxilə etdiyimiz kimi İrana da müdaxilə etməməliyik. Həmin hərbi müdaxilə ən fəlakətli hərbi müdaxilələrdən biri idi, amma nəticədə heç bir kütləvi qırğın silahı tapılmadı.
Robert Menendez

“Əgər İran hücum etsə, müharibə olacaq. İran hücum etməsə, müharibə olmayacaq” – deyə, respublikaçı senator Marko Rubio bildirib.

Bu arada isə demokratlar da mühakimə etməyə tələsmirlər.

“Mən bizim İrana qarşı təzyiq kampaniyamızın məqsədinin nə olduğunu təsdiqləmək istəyirəm. Bir çoxumuz bunun sonu nəzərə alınmadan, qeyri-professional şəkildə hazırlandığını düşünürük”, demokrat senator Kris Mörfi bildirib.

“Amerika xalqının nəyin baş verdiyini bilməyə haqqı var. Əgər prezident və Koqresdəki respublikaçlar Birləşmiş Ştatları Yaxın Şərqdə münaqişəyə, hətta müharibəyə aparmağı planlaşdırırlarsa, Amerika xalqı bunu bilməlidir, bunun səbəbini də bilməlidir”, Senatın azlıq lideri Çak Şumer bildirib.

Konqres liderləri üçün ötən həftənin sonu gizli brifinq keçirilib. Hər iki partiyadan adi Konqres üzvlərinə də yaxın günlərdə brifinqin keçiriləcəyi gözlənilir.

XS
SM
MD
LG