Accessibility links

ABŞ qanunvericiləri antisemitizm, nifrət və dözümsüzlüyü pisləyən qətnaməni təsdiqləyib


ABŞ qanunvericiləri müsəlman qanunvericinin İsrail siyasəti barədə şərhlərindən yaranan qızğın mübahisədən sonra səs çoxluğu ilə antisemitizm, nifrət və dözümsüzlüyün digər formalarını pisləyən qətnaməni təsdiqləyib.

Qətnamə Minnesota ştatından yeni seçilmiş konqresmen İlhan Öməri şərhlərinə görə şəxsən təmbeh etmir. Lakin ABŞ dəyərlərinə zidd olan dözümsüzlüyü pisləyir.

Ömər ötən günlərdə ABŞ-da İsrail tərəfdarını “xarici dövlətə sədaqətli” olduqlarına görə tənqid edib.

Ömər bundan əvvəl ABŞ-da İsraili dəstəkləyən ən güclü lobbi hesab edilən Amerika-İsrail İctimai Əlaqələr Komitəsinin maliyyə təsirlərini sual edib.

Bir neçə respublikaçı və az sayda demokrat islamofobiya və azlıqlara qarşı digər ayrıseçkilik növlərini də daxil etməklə, qətnamənin məzmununun qüvvədən salındığından şikayətlənir.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG