Accessibility links

ABŞ qanunvericiləri ara seçkilərə müdaxilənin qarşısını almaq üçün strategiya inkişaf etdirir [Video]


ABŞ qanunvericiləri ara seçkilərə müdaxilənin qarşısını almaq üçün strategiya inkişaf etdirir
please wait

No media source currently available

0:00 0:02:14 0:00

Birləşmiş Ştatlarda ara seçkilərə dörd aydan az vaxt qalır. Rəsmilər Rusiyanın 2016-cı il seçkilərinə etdiyi müdaxilənin təkrarlanmasının qarşısını almaq üçün bir sıra tədbirlər görür. Buna ictimaiyyətə xarici müdaxilələr barədə xəbərdarlıq edən yeni bildiriş daxildir.

Demokratiyanın ən müqəddəs xüsusiyyəti azad və ədalətli seçkilərdir. Demokratiyada seçicilər səslərinin sayıldığına inanır. Amma rəsmilər Rusiyanın 2016-ci il prezident seçkisinə müxadilə etdiyini ortaya çıxarandan sonra onlar bunu sual edir. Qanunvericilər deyir ki, strategiyanın birinci hissəsi sanksiyalar olmalıdır.

Biz Rusiyanı cavabdeh tutmaq üçün onlara qarşı sanksiyalar tətbiq etmişik. Ən əsası isə biz onları buna görə cəzalandırmalıyıq

“Biz Rusiyanı cavabdeh tutmaq üçün onlara qarşı sanksiyalar tətbiq etmişik. Ən əsası isə biz onları buna görə cəzalandırmalıyıq” - deyə, Nümanyəndələr Palatasının spikeri Pol Rayan bildirir.

Amma vaxt daralır. Ara seçkilərinə artıq çox az zaman qalıb. Bu seçkidə seçicilər Konqresdəki qanunvericiləri vəzifədə saxlayıb-saxlamayacaqlarına qərar verərək, yeni prezidenti dəyərləndirəcəklər. Strategiyanın ikinci hissəsi seçki təhlükəsizliyinə daha çox federal maliyyə ayırmaqdır.

“Bu düzəliş bizim ştatlarla əməkdaşlıq edərək, Rusiya ayısı və ya seçkilərimizin etibarlılığına xələl gətirmək istəyən hər hansı başqa qüvvənin qarşısını almağımıza yardım edəcək”- deyə, demokrat nümayəndə Steni Hoyer bildirir.

Ədliyyə Nazirliyi xalqa xarici qüvvələrin seçkiyə müdaxilə edə biləcəyi barədə xəbərdarlıq edir. Bu strategiya seçici sayıqlığı adlanır. Baş prokurorun müavini Rod Rozensteyn deyir ki, kiber cinayətkarlar ən son seçkidə 21 ştatı hədəf alıb.

“Hər hansı xarici hökümətin səsləri dəyişməkdə müvəffəq olduğuna dair sübut yoxdur, amma belə bir risk var”, o deyib.

Bu arada administrasiyanın tənqidçiləri prezident Trampı xüsusi işçi qüvvəsi yaratmadığına və kiber təhlükəsizlik idarəsinə yeni rəhbər təyin etmədiyinə görə günahlandırır.

Rod Rozensteyn
Rod Rozensteyn

Brukinqs İnstitutunun təhlilçisi Eleyn Kamark deyir ki, heç bir tədbir görməməyin xoşagəlməz nəticələri ola bilər.

“Rusiya bizi tam ələ keçirə bilər. İnsanlar bilərəkdən və ya bilməyərəkdən demokratiyaya inanmayan xarici qüvvəyə borclana bilər”, Kamark söyləyib.

Prezident Tramp deyir ki, onun administrasiyası Rusiyanın növbətiseçkiyə müdaxilə etməsinin qarşısını almaq üçün əlindən gələni edir. Bu məqsədlə daha çox strategiya inkişaf etdirmək üçün isə onların təxminən 100 günü qalır.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG