Accessibility links

ABŞ qanunvericiləri daha bir "şatdaun"a yol verilməməsi məqsədi ilə maliyyə razılığını səsə çıxarmalıdır


ABŞ qanunvericiləri bu gün daha bir "şatdaun"a yol verilməməsi məqsədi ilə maliyyə razılığını səsə çıxarmalıdır. Sənəddə baryer inşası və ABŞ-Meksika sərhədlərində təhlükəsizlik ölçülərinin maliyyələşdirilməsi nəzərdə tutulur.

Konqresdə hər iki partiyadan olan bir neçə vasitəçi ABŞ hökümətini maliyyələşdirmək və həftənin sonunadək hökümətin yenidən bağlanmasının qarşısını almaq üçün razılıq əldə edib.

Dünən gec saatlaradək Konqres üvzləri sənədin son variantını yekunlaşdırıb.

Konqres üzvlərinin yardımçıları deyib ki, bu razılığa ABŞ-Meksika sərhədində 88 kilometr uzunluğunda yeni hasarın inşası üçün 1.4 milyard dollar daxildir.

Bundan əlavə sərhəd keçid məntəqələrində yoxlanışların aparılması üçün texnologiyanın yenilənməsinə, daha çox gömrük işçisinin işə alınmasına və humanitar yardıma da pul ayrılıb.

Konqres razılığı təsdiq etdikdən sonra cümə günü gecə yarısından öncə prezidentin imzasına göndərməlidir.

Ötən "şatdaun"dan əvvəl prezidentin sənədi imzalayacağı gözlənilirdi. Lakin Tramp fikrini dəyişmişdi.

Prezident Donald Tramp sərhəd divarı üçün 5.7 milyard dollar pul tələb edir.

Demokratlar sərhəd təhlükəsizliyi üçün daha az vəsaitin ayrılmasını dəstəkləyir. Onların təklif etdiyi pul isə Trampın divar üçün istədiyi puldan xeyli azdır.

Tramp 3200 kilometrlik ABŞ-Meksika sərhədinin kiçik bir hissəsində baryer tikmək üçün kompromis olaraq nə qədər pulu qəbul edəcəyini açıqlamayıb.

XS
SM
MD
LG