Accessibility links

ABŞ qanunvericiləri və insan haqları fəalları Xaşuqcinin yoxa çıxması ilə bağlı cavab tələb edir


Qanunvericilər və fəallar Xaşuqcinin yoxa çıxması ilə bağlı cavab tələb edir
please wait

No media source currently available

0:00 0:03:03 0:00

ABŞ prezidenti Donald Tramp və dövlət katibi Mayk Pompeo Səudiyyə Ərəbistanı liderlərinin jurnalist Camal Xaşuqcinin yoxa çıxması ilə bağlı hər hansı əlaqələri olduğunu inkar etdiklərini bildirib. ABŞ-da yaşayan səudiyyəli jurnalist Camala Xaşuqcini sonuncu dəfə oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğuna daxil olduğu zaman görüblər. Pompeo Ər-Riyad və Ankarada danışıqlar keçirirkən tam təhqiqat aparılmasına çağırıb. Beynəlxalq insan hüquqları müdafiəçiləri və ABŞ qanunvericiləri isə bunun Səudiyyə Ərəbistanı üçün nəticələri olmalı olduğunu bildirir.

Prezident Donald Tramp Camal Xaşuqcinin başına nə gəldiyini müəyyən etmək məqsədilə bu həftə dövlət katibi Mayk Pompeonu Səudiyyə Ərəbistanı və Türkiyəyə yollayıb.

Birləşmiş Ştatların vitse-prezidenti Mayk Pens səudiyyəli jurnalistin yoxa çıxması ilə bağlı suallara cavab verilməsinə çağıraraq, qeyd edib ki, əgər Xaşuqçi öldürülübsə, dünya bunu kimin sifariş etdiyini bilməlidir.

ABŞ-ın vitse-prezidenti Mayk Pens: “Hər hansı həyat itkisi ağırdır, hər hansı zorakılıq aktı və həyata qəsd qınanmalıdır. Amma bu həm də azad və müstəqil mətbuata hücumdur. Biz cavabların verilməsini tələb edirik.”

Xaşuqci oktyabrın 2-də Səudiyyə Ərəbistanı konsulluğuna daxil olub və oradan çıxmayıb. Jurnalistin anlaşılmayan bir şəkildə yoxa çıxması, onun qətlə yetirilib, hissələrə parçalanması haqda xəbərlər ABŞ qanunvericiləri tərəfindən hiddətlə qarşılanıb.

Senator Kris Mörfi: “Əgər Səudiyyə Ərəbistanı ABŞ sakininin həyatına qəsd edib, onu konsulluqda tələyə salıb öldürübsə, Birləşmiş Ştatların bizim Səudiyyə Ərəbistanı ilə hərbi, siyasi və iqtisadi əlaqələrimizi yenidən nəzərdən keçirməsinin vaxtıdır.”

Hər iki partiyadan 22 senatorun Ağ Evə göndərdiyi məktubda Qlobal Maqnitski Aktı çərçivəsində təhqiqatın aparılmasına çağırılır.

Maqnitski Aktı Rusiya hökumət rəsmilərinin vergi fırıldaqları barədə məlumat verdikdən sonra Moskva həbsxanasında ölmuş rusiyalı vəkli və mühasib Sergey Maqnitskinin adını daşıyır.

Korrupsiyaya dair təhqiqatın aparılması üçün Maqnitski ilə işləmiş Bill Brouder 2012-ci ildə qanun layihəsinin qəbul edilməsində mühüm rol oynayıb. O, Amerikanın Səsinə deyib ki, Qlobal Maqnitski Aktı məhz belə dəhşətli cinayətlərlə əlaqədar olaraq qəbul edilib.

Maqnitski Ədalət kampaniyasının rəhbəri Bill Brauder: “Maqnitski Aktına əsasən, işgəncə, məhkəməsiz qətllər və digər insan hüquqları pozuntularına cəlb olunmuş insanlara qarşı sanksiyalar tətbiq edilir. Xüsusilə də rejimlərin tənqidçiləri, jurnalistlər və məlumat ötürən şəxslərə qarşı cinayətlər daxildir. Və burada məhz belə bir vəziyyətdir.”

Brauder ABŞ qanunvericilərinin qəti mövqeyini alqışlayıb və Tramp administrasiyasından da eyni cavab olacağına ümid bəslədiyini deyib.

İnsan haqları fəalları da məsələ ilə bağlı hesabat verilməsinə çağırır. Human Rights First təşkilatının rəhbəri Rob Berşinski deyir ki, vəliəhd Məhəmməd bin Salman son aylar bir sıra görünməmiş hərəkətlərə yol verib.

Human Rights First təşkilatının rəhbəri Rob Berşinski: “Buraya Livanın baş nazirinin saxlanmasından tutmuş qadın hüquq müdafiəçilərinin həbsi və Səudiyyə Ərəbistanının kral ailəsinin üzvlərinin həbsləri daxildir.”

Berşinski Amerikanın Səsinə deyb ki, dünya ölkələrinin dövlət başçılarının nəzərləri xüsusilə də Xaşuqci ABŞ-ın Virciniya ştatının sakini olduğuna görə hazırda Birləşmiş Ştatların üzərindədir.

Amerika İcmalı

Amerika İcmalı 19 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:29:53 0:00
XS
SM
MD
LG