Accessibility links

ABŞ qanunvericiləri: "Venesuelada azad və ədalətli seçkilər olmalıdır"


ABŞ qanunvericiləri: "Venesuelada azad və ədalətli seçkilər olmalıdır"
please wait

No media source currently available

0:00 0:03:04 0:00

ABŞ qanunvericiləri: "Venesuelada azad və ədalətli seçkilər olmalıdır"

Prezident Donald Tramp Venesuelada bütün mümkün variantları nəzərdən keçirdiyini söyləsə də, detallara varmayıb. ABŞ Konqresində bəzi Demokrat qanunvericilər Birləşmiş Ştatların Venesuelaya hərbi müdaxiləsi ilə bağlı xəbərdarlıqla çıxış edir. Tramp administrasiyasının rəsmiləri Venesuelada siyasi və iqtisadi qeyri-sabitlik nəticəsində ölkəyə humanitar yardımın artırılmasına tələbabat olduğunu bildirib.

Nikolas Maduronun hakimiyyətdən getməkdən imtina etməsi və ordunu ABŞ-dan gələn qida və dərman yardımın qarşısının alması 3 milyondan çox venesuelalının ölkəni tərk etməsinə səbəb olub.

"Diplomatik səylər və keçid prezident Quaydo və onu komandasının daxili səylərinin köməyi ilə biz bu ssenarinin dəyişəcəyinə ümid edirik," ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyindən Stiv Oliv.

Milli Assambleyanın sədri Xuan Quaydo ABŞ və digər 50 ölkə tərəfindən Venesuelanın keçid dövrü prezidenti kimi tanınıb.

Bu ilin yanvar ayında Maduro ikinci dəfə inaqurasiya olunduqdan sonra etirazlar daha da kəskinləşib. O, keçən ilki prezident seçkilərini saxtalaşdırmaqda ittiham olunur.

Prezident Tramp Quaydonu müvəqqəti prezident kimi ilk tanıyanlardan olub.

"Biz venesuelalıları azadlıq çağırışında dəstəkləyirik. Sosialist siyasəti nəticəsində Cənubi Amerikanın ən zəngin ölkəsindən müflisləşmiş birinə çevirmiş Maduro rejiminin qəddar olduğunu bildiririk", ABŞ prezidenti Donald Tramp.

Demokratik qanunvericilər hökümətin siyasətinin venesuelalılara zərər verə biləcəyini deyirlər.

"Bu, Latın Amerikasının ən böyük mühacirət böhranı olub və düşünürəm ki, ABŞ vəziyyəti daha da pis edə bilər. Lakin bizim qəbul rəqəmlərimiz tarixdə ən aşağı səviyyədədir. Ən pisi isə odur ki, Ağ Evin immiqrasiya siyasəti daha çox venesuelalının yenidən Venesuelaya deportasiya edilməsini ehtiva edir. Bu insanları yanan bir binaya geri qaytarmaq kimidir," Xarici Əlaqələr Komitəsinin sədri Eliot Enqel.

Abrams qaçqınlıqlarını təsdiq edənlər ölkədə qala biləcəklərini deyir və ABŞ-ın Maduroya qarşı yürütdüyü iqtisadi sanksiyaların işə yaradığını bildirir.

"Biz artıq qızıl və maliyyə sektorlarında, hazırda isə neft sektorunda rejimin biznes qurma xərclərini artırdıq. Bunlar isə Maduro və onun oğru dəstəsinə böyük təzyiq yaradıb", ABŞ-ın Venesueladakı xüsusi nümayəndəsi Eliot Abrams.

Abrams Venesuelaya hərbi müdaxiləni istisna etməyən Tramp administrasiyasına qarşı olan demokratların tənqidləri ilə qarşı qarşıya qalıb.

"Fikrimcə bu bizim indiki düşmənimiz olan diktatorun xeyrinədir. Düşünürəm ki, bu bizim və venesuelalıların iştirakına mane ola bilər", demokrat Bil Kitinq.

Abrams hərbi müdaxiləni istisna etməməyi istəsə də, bu qərarın ABŞ-dan asılı olmadığını deyib.

"Biz Venesuelanın növbəti prezidentini seçməməliyik, Venesuelalılar özləri seçməlidir. Biz başqa ölkələr kimi onlara azad seçkilərin keçirilməsində kömək edə bilərik", ABŞ-ın Venesueladakı xüsusi nümayəndəsi Eliot Abrams.

Maduronun ölkənin əksəriyyətinə nəzarət etdiyi bir vaxt böhranın bu cür həlli yaxın perspektivdə real görünmür.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG