Accessibility links

Qaradərililərin səsi Demokrat namizədlər üçün çox vacibdir


Qaradərililərin səsi Demokrat namizədlər üçün çox vacibdir
please wait

No media source currently available

0:00 0:02:40 0:00

Cənubi Karolina 2020-ci ildə prezidentliyə namizədlik uğrunda ilkin seçkilərin keçiriləcəyi dördüncü və əhalisinin əksəriyyətini afro-amerikalıların təşkil etdiyi birinci ştat olacaq. Ştat boyu keçirilən rəy sorğularına əsasən, keçmiş vitse-prezidenti Co Bayden 2020-ci il noyabr prezident seçkilərində respublikaçı prezident Donald Trampla mübarizəyə qoşulan demokrat namizədlər arasında öndə gedir.

Cənubi Karolinanın tarixən qaradərililərin təhsil aldığı Klaflin universitetində keçirilən şənliklər yüzlərlə tələbəni və məzunu cəlb edir. “Mən Cənubi Karolinada Pitt Buticecin kampaniyasında işləyirəm” deyə, Gerit Makdaniel bildirir.

Gerit Makdaniel prezidentliyə Demokrat namizəd Pit Buticecə dəstəyi artırmağa çalşıır. Makdeniel tək deyil. Digər kampaniyaların işçiləri də buradadır. Makdaniel Cənubi karolinalıların çoxunun Pit Butticeclə tanış olmadığını bilir. Lakin o, İndianadan keçmiş merinin qaradərili seçiciləri cəlb edəcək bir mesajı olduğuna inanır. “Qara Amerika onun platformasının əsasında durur. Onun Duqlas planı iqtisadi ədalətsizliyi əhatə edir və qara icmalara kapital qoyuluşunu nəzərdə tutur."

Prezidentliyə Demokrat namizəd Buticec Cənubi Karolina da daxil olmaqla, afro-amerikalı seçicilərin səslərini qazanmaq üçün mübarizə aparır. Burada xüsusilə yaşlı seçicilər olmaqla, bir çox qaradərili Barak Obamanın prezidentlik dövründə vitse-prezident olan Co Baydeni dəstəklədiyini deyir. Toni Memminger: “Mən onun (Baydenin) insanlar üçün nəsə edəcəyinə inanıram. İnanıram ki, o, indi vəzifədə olanlardan daha çox iş təklif edəcək. Ona güvənirəm.”

Massaçusets senatoru Elizabet Varren və Vermont senatoru Berni Sanders də afr9-amerikalıların səsləri uğrunda yarışsalar da, Bayden irəlidədir. Briyanta Maksvel kimi gənc seçicilər prezident Trampı məğlub edə biləcək bir namizədi dəstəkləmək istəyir. “Donald Tramp Pandoranın qutusunu, pisliklər qutusunu açdı və bununla hər şey açıldı. Hamı irqçiliklə üz-üzə gəldi. Hamı sosial sinfə görə ayrı-seçkiliklə qarşılaşdı. Buna görə də indi ölkənin ruhu uğrunda mübarizə gedir."

Prezident Tramp irqçi olduğunu rədd edir və afro-amerikalılar arasında dəstəyini artırmağa çalışır. Oktyabr ayında Tramp Cənubi Karolinanın əsasən qaradərililərin təhsil aldığı Benedikt kollecində olub. “Mən ömrüm boyu afrikalı-amerikalıların icması üçün ədalət və imkanlarınm artırılmasına çalışmışam. Biz danışmırıq, iş görürük.”

Qaradərililərin səsi Demokrat namizədlər üçün çox vacibdir. 30 ildən çox müddətdir ki, heç bir Demokrat səsvermə blokunu qazanmadan partiyadan nominasiya ala bilməyib. Siyasi təhlilçilər deyirlər ki, bu erkən seçkilərin qalibi ölkənin digər yerlərində də afro-amerikalıların dəstəyini qazana bilər.

Dünyaya Baxış

Dünyaya Baxış. Vyanada İranla nüvə sazişi üzrə danışıqlar bərpa olunub
please wait

No media source currently available

0:00 0:11:33 0:00

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG