Accessibility links

ABŞ qaynaqları: ABŞ Türkiyə olmadan da F-35 döyüş təyyarələri istehsal edə bilər


ABŞ-dan olan mənbənin məlumatına görə, Ankaranın gizli təyyarə istehsal prosesində Türkiyənin ayrılmaz roluna görə, Türkiyənin NATO-nun trilyon dollar dəyərində olan F-35 döyüş təyyarısi proqramında çıxarılması problemli olacaq, amma mümkünsüz olmayacaq.

Ötən həftə Reuters jurnalistinin verdiyi məlumata görə, ABŞ tezliklə Türkiyəyə F-35 döyüş təyyarələrinin çatdırılmasını dayandıracaq. Bu qərar Ankara və Vaşinqton arasında onsuz da illərdir gərgin olan vəziyyəti daha da çətinləşdirəcək.

Bu qərarın qəbul olunmasına səbəb Türkiyə prezidenti Tayyib Ərdoğanın ABŞ-ın “Lockheed Martin Corp.” tərəfindən istehsal olunan F-35 döyüş təyyarələrindən müdafiə olunmaq üçün Rusiyadan havadan müdafiə sistemini almaq istəyidir.

Dekabr ayında Türkiyənin xarici işlər naziri Mevlut Çavuşoğlu trilyon dollarlıq döyüş təyyarəsi istehsalında Ankaranın əhəmiyyətli rol oynadığını və bunun proqramdan çıxarılmasının asan olmayacağını söyləyib.

Amma mənbələr deyirlər ki, Türkiyədə hazırlanmış F-35-nin bir neçə komponenti asanlıqla əvəz edilə bilər. Məsələn, Ankarada istehsal olunan mərkəzi gövdə qurğuları artıq Kaliforniyada “Northrop Grumman Corp.” tərəfindən istehsal olunur.

ABŞ Türkiyədən bahalı Patriot raket əleyhinə sistemi güzəştlə sifariş edib. Mart ayında bitən razılıqdan sonra ABŞ artıq S-400 alıcılarını almaq istəyir.

İndiyə qədər Ankara S-400 alışından əl çəkməyə hazır olmayıb və ABŞ-ı Türkiyə olmadan F-35 proqramı üçün bir gələcəyi araşdırmağa məcbur edib. Bu, gövdə, açılış və kokpit ekranlarının bir hissəsini təşkil edir.

F-35-nin dünya miqyaslı istehsal prosesi ilə tanış olan iki ABŞ mənbəyi Türkiyənin əvəz edilə biləcəyini söyləyib. Pentaqon və Türkiyı səfirliyindən vəzifəli şəxslər şərh verməkdən imtina edib.

Eyni zamanda artıq daha çox türk pilotu ABŞ hava qüvvələri bazalarında təlimə başlamağa və orada olan türk pilotlarına qoşulmağa başlayır. Ankara hələ də noyabr ayında iki təyyarənin çatdırılmasına ümid edir.

ABŞ-ın müdafiə nazirinin vəzifəsini icra edən Patrik Şanahan çərşənbə axşamı Türkiyənin F-35 döyüş təyyarəsi proqramında qalmasını istədiyini, lakin Ankaranın Patriot raket müdafiə sistemini alması məcburiyyətində olduğunu da əlavə edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG