Accessibility links

ABŞ qoşunlarının İraqdan çıxarılması məsələsinin müzakirə edilməyəcəyini bildirib


Dövlət Departamenti cümə günü bəyan edib ki, Birləşmiş Ştyatların İraqa göndərəcəyi hər hansı nümayəndə heyəti ABŞ-ın qoşunlarını ölkədən çıxarılmasını müzakirə etməyəcək. Dövlət Departamenti ABŞ qüvvələrinin İraqda mövcudluğunun gərək olduğunu deyib.

"ABŞ və İraq hökumətləri arasında müzakirələr təhlükəsizlik mövzusunda deyil, yalnız maliyyə, iqtisadi və diplomatik tərəfdaşlıqla əlaqədar ola bilər" - deyə, Departamentin sözçüsü Morqan Ortaqus bildirib.

İraq parlamenti İranın yüksək rütbəli hərbi komandiri Qasım Süleymaninin ABŞ-ın hava hücumu nəticəsində öldürülməsinin ardınca xarici hərbi qüvvələrin ölkədən çıxarılmasına çağıran qanun layihəsinə səs verib.

“İraq parlamenti İraqda hərbi əməliyyatların sona çatması və qələbənin əldə edilməsi ilə əlaqədar olaraq İslam Dövləti ekstremist qrupu ilə mübarizə aparan beynəlxalq koalisiyanın yardımı haqda müraciətini geri çəkir,” deyə qanunvericilər yanvarın 5-də qəbul edilmiş qətnamədə bildiriblər.

İraq qanunvericiləri əlavə ediblər ki, Baş Nazir Adil Əbdül-Mehdi hökuməti “İraq torpağında hər hansı xarici qüvvənin mövcudluğuna son qoyulması və onların hər hansı bir səbəblə ölkənin ərazisi, hava və su hövzəsindən istifadə etməsini qadağan etmək istiqamətində iş görməlidir.”

İraqın Baş Naziri Adil Əbdül-Mehdi Birləşmiş Ştatların dövlət katibinə müraciət edərək, ABŞ əsgərlərinin İraqdan çıxarılması mexanizmini hazırlamaq tapşırığı ilə İraqa bir heyət göndərilməsini tələb edib.

İraqın müvəqqəti baş nazirinin ofisindən edilən şərhdə tələbin cümə axşamı gecə Əbdül-Mehdi ilə ABŞ-ın Dövlət Katibi Mayk Pompeo arasında telefon danışığı zamanı edildiyi deyilib.

Baş Qərargahlar rəisi General Mark Milli və ABŞ-ın Müdafiə Naziri Mark Esper daxil olmaqla, Amerikanın yüksək səviyyəli hərbi rəsmiləri ABŞ-ın hərbi qüvvələrini İraqdan çıxarmaqla bağlı planın olmadığını bildirib.

Şərhlərə bax

XS
SM
MD
LG