Accessibility links

ABŞ qoşunlarını Suriyadan çıxarmağa başlayıb


ABŞ-ın başçılıq etdiyi koalisiya qoşunlarını Suriyadan çıxarmağa başlayıb.

ABŞ-ın İŞİD qrupu ilə döyüşən koalisiyasının sözçüsü, polkovnik Şon Rayan bildirib ki, koalisiya Suriyadan qoşunları çıxarma prosesinə başlayıb.

“Əməliyyat təhlükəsizliyi səbəbindən biz qoşunların çıxarılması barədə spesifik vaxt, yer və ya qoşunların hərəkəti barədə məlumat verə bilmərik” - deyə Şon Rayan bildirib.

Bu həftənin əvvəli ABŞ-ın milli təhlükəsizlik müşaviri Con Boltonun ABŞ qoşunları Suriyadan çıxdıqdan sonra kürd qüvvələrinin müdafiə edilməsinə çağırması Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın qəzəbinə səbəb olub və prezident ABŞ rəsmiləri ilə görüşməkdən imtina edib.

YPG rəsmi Vaşinqtonun İŞİD-a qarşı müharibəsində mühüm müttəfiqi olub.

Lakin bu təşkilat rəsmi Ankara tərəfindən Türkiyə daxilində fəaliyyət göstərən üsyançılarla əlaqəsi olan terror təşkilatı hesab edilir.

ABŞ qoşunları 2014-cü ildən bəri Suriya müharibəsində iştirak edir. O zaman İŞİD qrupu ilə döyüşən kürdlərin başçılıq etdiyi döyüşçülərə təlim keçmək məqsədi ilə ABŞ-ın ilk elit qüvvələri ölkəyə getmişdi.

XS
SM
MD
LG