Accessibility links

ABŞ Mərkəzi Amerika ölkələrinə miqrasiya problemini həll etmək üçün yardım proqramları vəd edir


ABŞ-ın Gvatemala və qonşu ölkələrə miqrasiyanın qarşısının alınmasına yardım üçün iqtisadi və digər səylərini elan etməsindən bir gün sonra vitse-prezident Kamala Harrisin Qvatemalanın ictimai təşkilatları ilə danışıqları planlaşdırılıb.

Harrisin ofisi çərşənbə axşamı keçiriləcək virtual dəyirmi masa müzakirələrinin "Qvatemala xalqının miqrasiyanın əsas səbəblərinin həllinin mərkəzində olmasının vacibliyini" vurğulayacağını bildirib.

Bazar ertəsi Qvatemala prezidenti Alehandro Giammatteyi ilə söhbəti zamanı Harris onun "fikirlərini eşitmək istədiyini" və region xalqlarının "etdiyimiz hər şeyin mərkəzində olmalı olduğunu" deyib.

Qvatemala, El Salvador və Hondurasdan ABŞ-a gələn miqrantların sayının artması Prezident Co Baydeni Kamala Harrisə Meksika da daxil olmaqla, üç ölkənin hökumətləri ilə insanların evlərini tərk etməsinin səbəblərinin aradan qaldırılması istiqamətində iş aparmasını tapşırmasına səbəb olub.

Dünya Ərzaq Proqramının bu ilin əvvəlində açıqladığı hesabatda regionda baş verən bir neçə qasırğanın və koronavirus pandemiyasının vurduğu iqtisadi təsirlərdən sonra Qvatemala, El Salvador və Hondurasda aclıqla üzləşən insanların sayının 7,8 milyona çatdığı göstərilib.

ABŞ-ın bazar ertəsi elan etdiyi 310 milyon dollarlıq yardım proqramı regionda ərzaq təhlükəsizliyinin aradan qaldırılması və digər lazımi humanitar yardım üçün nəzərdə tutulub.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG