Accessibility links

Ağ Ev: "Amerika qüvvələri Suriyadan çıxarılır"


Ağ Ev-in bildirdiyinə görə, Birləşmiş Ştatlar Suriyadakı bütün hərbçilərini bu ölkədən çıxarmağa başlayıb.

daha əvvəl Reuters ABŞ rəsmilərinə istinadən bildirib ki, qərar Suriyada İŞİD-in nəzarətində olan bölgələrin təmizlənməsindən sonra verilib.

Müdafiə rəsmilərinə istinad edən CNN bildirir ki, bu çıxış “tam” və “çevik” həyata keçirilir.

Prezident Donald Tramp yazdığı tvitdə qeyd edib ki, “İŞİD Suriyada məğlub edilib və bu, orada olmağın yeganə səbəbi idi”.

Qərarın qəbulu ABŞ-ın Suriyadakı hərbi mövcudluğunun üzun müddət davam edəcəyinə dair fərziyyələri aradan qadırıb. ABŞ-ın müdafiə naziri və digər rəsmilər İslam Dövlətinin yenidən qüdrətlənməsinin qarşısını almaq üçün qüvvələrin orada saxlanmasını istəyirdi.

Tramp bu ilin əvvəllərində ABŞ qoşunlarının “çox tezliklə” Suriyadan çıxarılacağını vəd etmişdi.

Hazırda Suriyada 2 minədək ABŞ hərbçisi var. Onların əksəriyyəti özünü İslam Dövləti adlandıran qruplaşmaya qarşı döyüşən kürd və ərəb qüvvələri ilə birlikdə işləyir.

ABŞ əsgərlərinin əksəriyyəti şimal-şərqi Suriyadadır. Onlar ərazinin İŞİD qüvvələrindən azad edilməsində Suriya Demokratik Qüvvələrinə kömək edir.

SDQ-nin özəyini kürd YPG qüvvələri təşkil edir.

XS
SM
MD
LG