ABŞ-ın Kolorado ştatının federal və yerli rəsmiləri deyir ki, onlar bu həftə Boulder şəhərində 10 nəfərin qətlində ittiham olunan şəxsin keçmişini araşdırırlar.
Əhməd Əl Əlivi Əlissa bazar ertəsi King Soopers mağazasında saxlanıb.
Polisin açıqlamasında bildirilir ki, polis zabitləri şübhəlinin hadisə yerində çıxarıb atdığı bir neçə əşyanı tapıb ki, onlara yaşıl bronjilet, tüfəng və yarı-avtomatik tapança, bir cins şalvar və köynək daxildir. Sənəddə “əşyaların ətrafında çox qan”ın olduğu yazılıb.
Polis Əlissanı saxlayandan sonra onu ayağından aldığı güllə yarası səbəbilə xəstəxanaya yerləşdiriblər.
Sənəddə müstəntiqlərin hüquq-mühafizə orqanlarının məlumat bazasından istifadə edərək Əlissanın Ruger AR-556 tapançasını atışmadan altı gün öncə aldığını aldığını müəyyən edib.
Sənəddə həmçinin atışmadan sonra müstəntiqlərlə Əlissanın baldızı arasında keçən dialoqdan bəhs edilir. O, polisə deyib ki, atışmadan bir neçə gün öncə onun “pulemyot”a bənzəyən silahla oynayırdı.
The Associated Press bildirib ki, onlara məsələ ilə bağlı hüquq-mühafiə orqanı rəsmisi Əlissanın ailəsi müstəntiqlərə deyib ki, onların onun əqli xəstəlikdən, o cümlədən qarabasmadan əziyyət çəkirdi. Əlissanın qardaşı CNN-ə deyib ki, o, 2014-cü ildən başlayraq getdikcə paranoya olub və təqib edildiyini düşünüb.
Əlissanın ailəsi Birləşmiş Ştatlara Suriyadan köçüb və rəsmiləri çərşənbə axşamı onun həyatının əksər hissəsinin ABŞ-da keçirdiyini bildirib.
Arvada Polis İdarəsindən detektiv Deyvid Snellinq deyib ki, polis zabitləri son bir neçə ildə şübhəli bir neçə dəfə əlaqədə olublar. O, 2017-ci ildə Əlissanın Arvada məktəbdə incident yaşadığnı və bu ilin fevral ayında avtomobildə yüksək sərtələ hərəkət etdiyinə görə cərimə aldığını bildirib.
Məktəbdə baş verən insidentdə Əlissa sinif yoldaşına yumruq atdığına görə hücumda günahkar bilinib.
Əlissanın cümə axşamı məhkəməyə çıxarılacağı gözlənilir.