Accessibility links

ABŞ rəsmiləri seçiciləri seçki nəticələrini gözlərkən təmkinli olmağa çağırır


ABŞ-da keçirilən növbəti prezident seçkisinin təhlükəsizliyini təmin etməkdən cavabdeh olan rəsmilər xəbərdarlıq edir ki, ən böyük təhlükə ölkədə seçki məntəqələri bağlanandan sonrakı saatlarda ABŞ-ın düşmənlərinin dezinformasiya dalğasından gələcək.

Rəsmilər qorxur ki, ölkə təhlükəyə ən çox amerikalılar seçki günündə kimin qalib olacağını öyrənməyi gözlədikləri zaman açıq olacaq. Lakin bu il səsvermə koronavirus pandemiyası səbəbilə daha çox poçt vasitəsilə olacağı üçün seçkinin nəticələri n seçki günündə nə də npvbəti gün bəlli olmaya bilər.

“Poçtla göndərilən bülletenlərin sayı artdığı üçün səsləri hesablamaq daha çox vaxt aparacaq,” ABŞ Kibertəhlükəsizlik və İnfrastruktur Təhlükəsizliyi İdarəsinin direktoru Kristofer Krebs çərşənbə axşamı virtual keçirilən Billinqton Kibertəhlükəsizlik Sammitində bildirib.

O, seçicilərə mesajında “Bir az səbriniz olsun. Demokratiya bir gecədə olmur.”

Bu ilk dəfə deyil ki, Krebs bu cür xəbərdarlıq edir, lakin seçkidə iki aydan az müddət qala və poçt vasitəsilə seçkiyə bu qədər diqqətin ayrıldığı bir vaxt bu mesaj daha da aktuallaşır.

Kolorado qeydiyyatdan keçən bütün seçicilərin poçtla səs vermələrinə icazə verən az sayda ABŞ ştatlarından biridir və seçkidən bir neçə həftə öncə seçicilərə bülletenləri göndərib. Bir çox başqa ştat isə COVID-19 səbəbilə bu ilə poçtla səsverməyə dəyişiklik edib.

Lakin ştatların poçtla göndərilən səsləri nə zaman hesablaya başlayacaqlarına dair qaydalar ştatlara görə dəyişir.

Qanuna əsasın Kolorado rəsmiləri səsləri seçkidən 15 gün öncədən hesablamağa başlaya bilər, lakin nəticələr seçki başa çatmadan açıqlana bilməz.

Azı 15 digər ştat səsvermə başa çatmadan səsləri hesablamır. Corciya, Miçiqan, Pennsilvaniya və Viskonsin kimi bəzi ştatlar isə seçki günündən öncə səsləri hesablamır.

Rəsmilər bu il bir çox ştatlarda rekord sayda poçtla səsvermənin olacağını təxmin edir.

Və onlar deyir ki, nəticədə mümkündür ki, amerikalılar seçki günündə növbəti dörd il ölkəyə prezident Donald Trampın və ya sabiq vitse-prezident Co Baydenin rəhbərlik edəcəyini öyrənməsinlər.

Seçki rəsmiləri deyir ki, onların məqsədi seçicilərin ehtimallardan xəbərdar olmasını və seçkidə iştirak etməkdən çəkinməməsini təmin etməkdir.

XS
SM
MD
LG