Accessibility links

ABŞ rəsmiləri: Sinaqoqa hücum nifrət zəminində cinayətdir


ABŞ prokuroru Skot Bradi Pitsburqda sinaqoqa hücumla bağlı media nümayəndələri üçün mətbuat konfransında, 28 oktyabr, 2018.
ABŞ prokuroru Skot Bradi Pitsburqda sinaqoqa hücumla bağlı media nümayəndələri üçün mətbuat konfransında, 28 oktyabr, 2018.

ABŞ-ın Pensilvaniya ştatının Pitsburq şəhərində sinaqoqda 11 nəfərin ölümülə nəticələnmiş hücumu araşdıran rəsmilər bunun nifrət zəminində cinayət olduğunu bildirib. Onlar silahlı şəxsin “bütün yəhudilər ölməlidir” bağıraraq, şənbə günü ibadət mərasiminin keçirildiyi sinaqoqa daxil olub insanlara atəş açdığını bildiriblər.

İttihamı təsdiq edən sənədlərdə göstərilir ki, sinaqoqa odlu silah və üç tapança ilə daxil olan şübhəli Robert Qreqori Bouers “yəhudilərin hamısının ölməli olduğu” və “yəhudilərin onun xalqına qarşı soyqırım törətdiyinə” inanır. Bununla onun yəhudi qaçqın agentliyinin xarici ölkə vətəndaşlarının ABŞ-a daxil olmasına kömək etməklə qeyri-yəhudilərin həyatını təhlükə altına aldığına inandığı bildirilir.

Polis Pitsburq şəhərindəki yəhudi sinaqoquna hücumdan sonra ərazini mühafizə edir, 27 oktyabr, 2018.
Polis Pitsburq şəhərindəki yəhudi sinaqoquna hücumdan sonra ərazini mühafizə edir, 27 oktyabr, 2018.

Pensilvaniya ştatının prokuroru mətbuat konfransında bildirib ki, rəsmilər hadisəni nifrət zəminində cinayət kimi təhqiq edir.

Rəsmilərin bildirdiyinə görə, hücum nəticəsində 54 yaşla 97 yaş arasında səkkiz nəfər öldürülüb. Onların səkkizi kişi, üçü isə qadındır. Hücumçuya müqavimət göstərib, ona atəş açıb və zərərsizləşdirən polis zabiti də daxil olmaqla 6 nəfər hadisə zamanı yaralanıb.

Bir neçə güllə yarası alan 46 yaşlı Bouers xəstəxanaya aparılıb. Ona qarşı 31 maddə üzrə cinayət işi qaldırılıb.

ABŞ-da yəhudilərə qarşı 1970-ci illərdən nifrət və zorakılıq hallarını izləyən Anti-Defamasiya Liqasına əsasən, “bu, Amerika Birləşmiş Ştatları tarixində yəhudi icmasına qarşı ən ölümcül hücumdur”.

ABŞ prezidenti Donald Tramp Pittsburqda sinaqoqa hücumu kəskin qınayaraq, hadisəni “yəhudi amerikalıların dəhşətli qətli” adlandırıb. “Bu dəhşətli anti-semit hücum bizim hamımıza hücumdur. Bu, insanlığa hücumdur”-deyə Tramp bildirib.

ABŞ prezidenti deyib ki, “anti-semitizm bəlasının davam etməsinə imkan vermək olmaz”. O daha sonra əlavə edib: “Biz anti-semitizmi məğlub etmək üçün yəhudi qardaş və bacılarımızla bir dayanmalıyıq.”

Ağ Ev “dəhşətli zorakllıq aktının qurbanlarına hörmət əlaməti olaraq” hökumət binaları üzərində Amerika bayraqlarının çərşənbə gününə qədər yarıya endirilməsi haqda göstəriş verib.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG