Accessibility links

ABŞ rəsmisi: Tramp hərbi qüvvələrin Suriyadan çıxarılması ilə bağlı fikrini dəyişmək niyyətində deyil


Arxiv fotosu - ABŞ hərbi qüvvələri Suriyanın şimalındakı Mənbic şəhəri ətrafında, 5 mart, 2017.
Arxiv fotosu - ABŞ hərbi qüvvələri Suriyanın şimalındakı Mənbic şəhəri ətrafında, 5 mart, 2017.

ABŞ prezident Donald Tramp Suriyadan Amerika hərbi qüvvələrini çıxarmaqla bağlı fikrini dəyişmək niyyətində deyil. Bu açıqlamanı prezident aparatının rəhbəri vəzifəsini icra edən Mik Mulvani ABC tele kanalının hər bazar günü yayımlanan “This Week” (“Bu həftə”) proqramına müsahibəsində verib.

“Məncə, prezident elə lap əvvəlldən bildirmişdi ki, o bizim Suriyada daimi qalmağımızı istəmir. Siz indi iki ildəki işin nəticəsini görürsünüz” – deyə, o bildirib.

Müttəfiq olmaq çiyin-çiyinə döyüşmək deməkdir.
Emmanuel Makron

Müdafiə naziri Cim Mattis və ABŞ-ın İslam Dövləti qrupuna qarşı mübarizə aparan qlobal koalisiya üzrə xüsusi nümayəndəsi Brett MakGörkün istefaları ilə bağlı sualın cavabında Mulvani deyib ki, kabinet üzvlərinin “bu kimi fikir ayrılıqları ilə bağlı” istefa verməsi “qeyri-adi bir hal” deyil.

ABŞ prezident Donald Tramp Ağ Evdə müdafiə naziri Cim Mattis də daxil olmaqla hərbi liderlərlə görüşür, 23 oktyabr, 2018.
ABŞ prezident Donald Tramp Ağ Evdə müdafiə naziri Cim Mattis də daxil olmaqla hərbi liderlərlə görüşür, 23 oktyabr, 2018.

MakGörk və Mattis Trampın keçən həftə İslam Dövləti qrupunun məğlub edildiyi və Suriyada ABŞ-ın 2 min nəfərdən ibarət əsgəri qüvvəsinin vətənə qayıtmalı olduğunu elan etməsindən sonra istefa verib.

Çadda səfərdə olan Fransa prezidenti Emmanuel Makron bazar günü Trampın hərbi qüvvərin Suriyadan çıxarılması qərarına görə “dərin təəssüf hissi” keçirdiyini bildirib.

“Müttəfiq olmaq çiyin-çiyinə döyüşmək deməkdir” – deyə, Makron bildirib. O, vəzifəsindən getməkdə olan müdafiə naziri Cim Mattisi “etibarlı tərəfdaş” adandırıb.

Suriyanın Mənbic şəhəri ətrafında yerləşdirilmiş ABŞ hərbi qüvvələri ərazidə keşik çəkir, 1 noyabr, 2018.
Suriyanın Mənbic şəhəri ətrafında yerləşdirilmiş ABŞ hərbi qüvvələri ərazidə keşik çəkir, 1 noyabr, 2018.

Tramp şənbə günü Twitter sosial şəbəkəsindəki mesajlarının birində “Suriyada İŞİD-i məğlub etdikdən” sonra əsgərləri sağ-salamat vətənə qaytardığını bildirib.

ABŞ prezidenti Donald Tramp bu həftə gözlənilmədən Vaşinqtonun təxminən 2 min nəfərdən ibarət əsgəri qüvvəni Suriyadan geri çəkəcəyini elan edib. Tənqidçilər bildirir ki, Trampın bu addımı Suriyada yeddi ildir davam edən müharibənin diplomatik həlli yolunun tapılmasını çətinləşdirəcək.

Trampın ABŞ hərbi qüvvələrinin Suriyadan çıxarılması haqda qərarını elan etməsindən bir gün sonra müdafiə naziri Cim Mattis istefa verib. Pentaqon ABŞ hərbi qüvvələrinin Suriyadan çıxarılmasının əleyhinə idi.

Mattis Trampa şəxsən təqdim etdiyi istefa məktubunda onun adını çəkməsə də, özünün və prezidentin xüsusilə də müttəfiqlər və ABŞ-ın gücündən istifadə kimi məsələlərdə kəskin fikir ayrılıqlarını qeyd edib.

XS
SM
MD
LG