Accessibility links

ABŞ-da yaşayan müsəlmanlar yerli təlimatlara əməl etməklə, Ramazan ayında məscidlərdə namaz qıla bilər


ABŞ-da yaşayan müsəlmanlar yerli təlimatlara əməl etməklə, Ramazan ayında məscidlərdə namaz qıla bilər
please wait

No media source currently available

0:00 0:02:40 0:00

ABŞ-da yaşayan müsəlmanlar yerli təlimatlara əməl etməklə, Ramazan ayında məscidlərdə namaz qıla bilər

Hazırda müsəlmanların müqəddəs Ramazan ayıdır. Lakin COVID məhdudiyyətləri hələ də qüvvədə olduğu üçün məscidlər dindarların təhlükəsizliyini necə qoruyacaqlarını müzakirə etmək məcburiyyətində qalıb.

Bu, dünya müsəlmanlarını təsiri altında qoyan Covid-19 pandemiyası dövründəki ikinci Ramazandır. Lakin keçən ildən fərqli olaraq ABŞ-da yaşayan müsəlmanlar yerli təlimatlara əməl etməklə, məscidlərdə namaz qıla bilər.

Bunu Vaşinqton yaxınlığında, Merilend ştatının Silver Sprinq şəhərindəki IMAAM Mərkəzində görmək olar. "Montqomeri mahalı tərəfindən qoyulan qaydalar mahaldakı bütün ibadət evlərini ziyarət edənlərin sayının 50%-ə çatmasına imkan verir. Bu, təxminən 200 insanın burada dua edə bilməsi deməkdir. Əlbəttə ki, biz üz maskaları taxmaq və qızdırmani ölçmək kimi sağlamlıq protokollarına əməl edirik" - deyə, mərkəzin nümayəndəsi Arif Mustafa bildirir.

Miçiqan ştatının Detroyt şəhərindəki məsciddə də vəziyyət eynidir. Məscid gündə beş dəfə namaz qılmaq və Ramazan ayında gecə ibadəti üçün yenidən açılıb. Məscidin nümayəndəsi Haris Əhməd: “Bütün bunlara baxmayaraq, biz fərdi namaz üçün də yer ayırırıq. Beləliklə, bunun üçün də maskalara ehtiyac və yerlər məhdud olacaq.”

İnsanların sayını məhdudlaşdırmaq üçün uşaqların məscidə getmələrinə qadağa qoyulub. IMAAM Mərkəzində keçirilən yığıncaqlar yalnız yetkin yaşdakı kişilərlə məhdudlaşdırılır. Arif Mustafa: "Pandemiyadan əvvəl 500, hətta 600 nəfər qəbul edə bilirdik. İndi tələbatına rtması insanların bir ildir ki, məscidə gəlməməsi ilə əlaqədardır. Geriyə dönmək istəyən çoxsaylı əzmkar insanlar var. Bunların indoneziyalı olub-olmamalarından asılı olmayaraq, prioritetlərimiz olmalıdır.”

Detroyt yaxınlığındakı Müsəlman İcması buna bir az fərqli yanaşır. “Bilirsiniz, biz həm kişilər, həm qadınlar üçün imkanı kifayət qədər bərabər yaratmağı planlaşdırırdıq. Zaman keçdikcə görürürk ki, qadınlar üçün də yer ayırmalıyıq. Fakitiki istifadə və yerə gəlincə görəcəyik” deyir, Haris Əhməd.

Hər iki məscid namazı video vasitəsilə nümayiş etdirir və ibadət edənlər evdə qalsalar da, gecə namazını qıla bilər. Keçən ildən bəri dəyişməyən şey dini tədrislərin və digər mərasimlərin online keçirilməsidir.

XS
SM
MD
LG