Accessibility links

ABŞ rus hakerlərin kompüter sistemlərinə hücum cəhdləri barədə xəbərdarlıq edir


ABŞ Milli Təhlükəsizlik Agentliyi (NSA) mayın 28-də hökumət və özəl sektordakı tərəfdaş şirkətlərə Rusiyadan qaynaqlanan bir haker əməliyyatı barədə xəbərdarlıq edib. Xəbərdalıqda kompüter infrastrukturunu idarə etmək üçün istifadə olunan əməliyyat sistemlərini hədəfə alan xüsusi bir müdaxilə texnikasından istifadə edildiyi bildirilir.

"Bu, fəal şəkildə istifadə olunan bir zəiflikdir. Buna görə bu xəbərdarlığı edirik," kiber-təhlükəsizlik üzrə əməkdaşlıq mərkəzinin rəisi Doug Cress bildirib. "Biz kiber-təhlükəsizlik icmasının bu işə həqiqətən ciddi yanaşmasını istəyirik."

Server xətası

Oops, as you can see, this is not what we wanted to show you! This URL has been sent to our support web team to the can look into it immediately. Our apologies.

Please use Search above to see if you can find it elsewhere

NSA hücumun "İctimaiyyətə "Sandworm Team" adı ilə tanınan Rusiyanın hərbi kiber qrupu tərəfindən törədildiyini bildirir. NSA həmçinin Qrupun Rusiyanın Baş Kəşfiyyat İdarəsinin (QRU), Xüsusi Texnologiyalar Baş Mərkəzinin bir hissəsi olduğunu söyləyir.

NSA hələ ki, rus hərbi hakerlərin hansı biznesləri hədəf aldığını, hansı sektorlara təsir göstərdiyi barədə məlumat verməyib. Lakin ABŞ-ın kəşfiyyat idarəsinin yüksək rütbəli rəsmiləri son aylarda Kreml agentlərinin noyabrdakı prezident seçkilərini təhdid edə biləcək fəaliyyətlərlə məşğul olduqları barədə xəbərdarlıq ediblər.

Rusiyadan qaynaqlanan əksər haker hücumlarının arxasında Rusiya hərbi kəşfiyyat agentliyi QRU-nun dayandığı güman edilir.
Rusiyadan qaynaqlanan əksər haker hücumlarının arxasında Rusiya hərbi kəşfiyyat agentliyi QRU-nun dayandığı güman edilir.

"Sandworm Team" qrupu 2016-cı il prezident seçkilərinə müdaxilə edən, Demokratik Milli Komitənin elektron poçtlarını oğurlayaraq ifşa edən və seçicilərin qeydiyyatı məlumat bazalarına giriş edən qrupdur.

Qrup bunla yanaşı Ukraynanın elektrik enerjisi istehsal edən müəssisələrinə qarşı kiberhücumlarda da günahlandırılır.

ABŞ Dövlət Katibi Mayk Pompeo fevral ayında bu qrupun Gürcüstana qarşı hücum törədildiyini bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 30-dan çox raket və pilotsuz təyyarəsini vurub
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Türkiyə prezident seçkilərinin ikinci turuna hazırlaşır.
please wait

No media source currently available

0:00 0:29:14 0:00
XS
SM
MD
LG