Accessibility links

ABŞ "Rusel" şirkətini sanskiya siyahısından çıxarıb


Tramp adminisitirasiyası demokratların etirazlarına baxmayaraq, Rusiya prezidenti Vladimir Putinin müttəfiqi, oliqarx Oleq Deripaska ilə əlaqəli Rusiya şirkətlərinə tətbiq edilən sanskiyaları aradan qaldırıb.

Demokratlar və bəzi respublikaçılar iddia edir ki, Rusiyanın alüminium nəhəngi Rusal və enerji şirkəti olan EuroSibEnergo Deripaskanın nəzarətində olan şirkətlərdir.

Amma ABŞ-ın Mailyyə nazirliyi bazar günü bildirib ki, Deripaska bu şirkətlərin bəzilərinə olan nəzarətini dayandırıb, digərlərində isə birbaşa və dolayı səhm payı azalıb. Bildirilib ki, bu qərar En + və Rusal şirkətlərinin idarə heyyətlərində Deripaska ilə əlaqəsi olmayan, müstəqil amerikalılar və avropalılardan ibarət direktorların olacağını təmin edəcək.

Bəyanatda deyilir ki, şirkətlər "davamlı audit, sertifikatlaşdırma və hesabatlılığa dair tələblərin qəbul edilməsi ilə xəzinədarlıq qarşısında öz əməliyyatlarında görünməmiş şəffaflığa" razı olublar.

ABŞ-ın Mailyyə nazirliyi Deripaskaya tətbiq olunan şəxsi sanksiyaları qüvvədə saxlayıb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG