Accessibility links

ABŞ Rusiya aqressiyası qarşısında Ukraynanı dəstəkləyir


ABŞ Rusiya aqresiyası qarşısında Ukraynanı dəstəkləyir
please wait

No media source currently available

0:00 0:02:29 0:00

Dövlət Departamentinin sözçüsü Heather Nauert

Rusiya Ukrayna dənizçilərini Rusiyanın su hövzəsinə qeyri-qanuni daxil olmaqda və sərhəd mühafizəçilərinin xəbərdarlıq siqnallarına əhəmiyyət verməməkdə ittiham edərək 24 dənizçidən 12-si haqqında 2 aylıq həbs qərarı çıxarıb.

Həbs qərarı Ukrayna prezidenti Petro Poroşenkonu hiddətləndirib və o, digər avropalı liderlərlə birlikdə Rusiyaya əlavə Qərb sanksiyalarının tətbiq olunmasına çağırış edib.

Vaşinqtonda Dövlət Departamentinin sözçüsü Heather Nauert Moskvanın hərəkətlərini qınayıb.

"Rusiyanın Ukraynaya qarşı təcavüzkar davranışının artması təhlükəli haldır. ABŞ Ukraynanın ərazi bütövlüyünü dəstəkləməyə davam edir. Dövlət katibi və prezidentin həm Ukrayna hökuməti, həm də xüsusilə prezident Poroşenko ilə çox güclü münasibətləri var"-deyə, Dövlət Departamentinin sözçüsü Heather Nauert bildirib.

Nauert əlavə edib ki, dövlət katibi Mayk Pompeo növbəti həftə NATO görüşündə iştirak etmək üçün Brüsselə səfər edəcək. NATO görüşünün əsas movzusunun Ukrayna olacağı gözlənilir. Sözçü Nauert Avropa ölkələrindən Kievə daha çox kömək etməyə çağırış edib.

Bir sıra xarici siyasət ekspertləri də Rusiyanı gərginliyi gücləndirməkdə günahlandırıb.

"Biz bilirik ki, bu Rusiyanın səhvidir. Onlar hələ də ukraynalı dənizçiləri əsir kimi saxlayırlar. Bu da müasir sivil dövlət tərəfindən qəbulolunmaz bir hərəkətdir''-deyə, Beynəlxalq Respublikaçı İnstitutunun siyasi analitiki Jan Surotçak qeyd edib.

Surotçak əlavə edib ki, Moskva son 5 ildir Ukraynanı qeyri-stabilləşdirməyə çalışır.

"İndi onlar bir daha göstərməyə çalışırlar ki, Ukrayna öz sərhədini qorumaq iqtidarında deyil və və hökümət də qanunsuzdur. Bununla da Moskva demək istəyir ki, Ukraynanın demokratik ölkə kimi çiçəklənməsinə imkan verməyəcək"-deyə, o bildirib.

Bəzi ekspertlər gərginlik zəncirinin gələcəkdə nəzarətdən çıxa biləcəyi ilə bağlı xəbərdarlıq edib.

"Qarşıdan ukrayna seçkiləri gəlir. Əgər prezident Poroşenko düşünsə ki, cavab addımları onun populyarlığını artıracaq, o zaman biz çox böyük müharibə qarşısında qala bilərik"-deyə, Heritage Fondunun təhlilçisi Luyk Koffey bildirib.

Koffey əlavə edib ki, hazırkı situasiyada Rusiyanın 2014-cü ildə Ukraynaya hücum edərək Krımı ihlaq etdiyini hər kəs xatırlamalıdır. O prezident Donald Trampın hadisəyə daha sərt cavab verməsini istəyir.

XS
SM
MD
LG