Accessibility links

ABŞ Rusiyanın 'xarici agent' kimi Azad Avropa/Azadlıq Radiosunu cərimələməsindən narahatlığını ifadə edib


ABŞ Dövlət Departamenti Rusiya hökumətinin “ifadə azadlığına hədə” səylərinə görə narahatlığını ifadə edib.

Dövlət Departamentinin sözçüsü Ned Praysın martın 3-də verdiyi açıqlamas Moskva hakiminin ABŞ-ın maliyyələşdirdiyi Azad Avropa/Azadlıq Radiosunun Rusiyanın mübahisəli "xarici agent" qanununa əsasən şirkətə tətbiq etdiyi cərimələrlə bağlı beş apellyasiya müraciətini rədd etdiyi günə təsadüf edir.

"Bu gün Azad Avropa/Azadlıq Radiosunun Rusiyanın repressiv "xarici agent" qanunlarına əsasən haqsız olaraq tətbiq olunan cərimələrə dair müraciətlərini rədd etməsi bizi narahat edir. Bu qanunlar onsuz da televiziya və radio yayımlarını ciddi şəkildə məhdudlaşan Rusiyada xalqa real və obyektiv xəbərlər çatdırmanın qarşısını alan Azadlıq Radiosunun işinə mane olmaq üçün daha bir səydir" - deyə, Prays bildirib.

Prays Moskvanın bu addımlarını "qəbuledilməz" adlandırıb. O,"Rusiyada müstəqil və beynəlxalq media orqanlarının mövcudluğunu dəstəkləməyə davam edəcəyik" deyib.

Yanvarın 14-dən bəri Roskommnadzor etiketləmə tələblərini pozduğuna görə AzadlıqRadiosuna qarşı 260 iddia qaldırıb. Moskva məhkəməsi AzadlıqRadiosuna artıq 142 iş üzrə 1 milyon dollara yaxın cərimə kəsib.

Rusiyanın "xarici agent" adlandırılan qanunvericiliyi 2012-ci ildə qəbul edilib və dəfələrlə dəyişdirilib. Bu qanuna əsasən xaricdən yardım alan və hökumətin siyasi fəaliyyətlə məşğul olduğunu düşündüyü qeyri-hökumət təşkilatlarından özlərini "xarici agent" kimi təqdim etmələri və auditdən keçmələri tələb olunur.

Daha sonra bu dəyişikliklər xaricin maliyyələşdirdiyi medianı hədəf aldı.

2017-ci ildə Rusiya hökuməti digər altı rusdilli xəbər xidməti ilə yanaşı, Azadlıq Radiosunun rus xidmətini və Amerikanın Səsi ilə əməkdaşlıq edən Current Time şəbəkəsini də siyahıya daxil edib.

2020-ci ilin sonunda isə Rusiya hökuməti qanunda yenidən dəyişiklik edərək, xarici jurnalistlər də daxil olmaqla, "xarici agent" siyahısına ayrı-ayrı şəxslərin daxil edilməsinə və onlara məhdudiyyətlər tətbiq etməsinə imkan yaradıb.

XS
SM
MD
LG