Accessibility links

Bayden Putinə Rusiyanın Ukraynaya mümkün işğalı ilə bağlı xəbərdarlıq edib


Çərşənbə axşamı keçirilən virtual sammit zamanı ABŞ prezidenti Co Bayden rusiyalı həmkarı Vladimir Putinə Moskvanın Ukraynanı işğal etməyə qərar verəcəyi təqdirdə ABŞ-ın atacağı addımları açıqlayıb.

"Rusiya Ukraynanı işğal etməkdə davam edərsə, ABŞ və avropalı müttəfiqlərimiz buna güclü iqtisadi tədbirlərlə cavab verəcək. Biz ukraynalılara bundan əvvəl verdiyimizdən başqa, əlavə müdafiə materialları ilə təmin edəcəyik. Və belə bir eskalasiyaya cavab olaraq, əlavə imkanlar verməklə NATO müttəfiqlərimizi şərq cinahda möhkəmləndirəcəyik"- deyə, Baydenin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan Ağ Evdə jurnalistlərə bildirib.

Sallivan deyib ki, Bayden Putinə başqa variant, “di-eskalasiya və diplomatiya” təklif edib.

Kremlin bildirdiyinə görə, Putin Ukraynanın şərqindəki Donbas regionunda döyüşlərin dayandırılmasını nəzərdə tutan 2015-ci il Minsk razılaşmasının Ukraynanın yerinə yetirmədiyini vurğulayıb və Kiyevin Donbasdakı təxribat hərəkətləri ilə bağlı ciddi narahatlığını ifadə edib.

Kremlin məlumatına görə, Rusiya lideri NATO-nu “Ukrayna ərazisini zəbt etmək üçün təhlükəli cəhdlərdə” və Rusiya sərhədi yaxınlığında hərbi potensialını artırmaqda ittiham edib.

Ağ Ev bildirib ki, iki lider dünya miqyasında strateji silahların sabitliyi, Rusiya tərəfindən ABŞ şirkətlərində kompüter şəbəkələrini bağlayan bahalı mənimsəmə hücumları və İranın nüvə silahının inkişafının qarşısını almaq üçün birgə səylər müzakirə edib.

Sallivan Amerikanın Səsinin sualına cavabında deyib ki, Bayden və Putin İran məsələsi ilə bağlı “məhsuldar” müzakirə aparıb.

“Rusiya və Birləşmiş Ştatlar hətta 2014 və 2015-ci illərdə, gərgin şəraitdə də birgə hərtərəfli fəaliyyət planı hazırlayıb. Bu, İranın heç vaxt nüvə silahı əldə etməsinə imkan verilməməsi üçün ABŞ və Rusiyanın müzakirələri davam edə biləcəyi sahədir” - deyə, Sullivan bildirib.

Putinlə virtual görüşü başa çatdıqdan sonra Bayden ABŞ-ın telefonla Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Angela Merkel, İtaliyanın baş naziri Mario Draqi və Britaniyanın baş naziri Boris Consonla ayrı-ayrılıqda danışaraq Putinlə söhbətini müzakirə edib. Ağ Ev müttəfiqlərin sıx təmasda olacağını və “koordinasiyalı və hərtərəfli yanaşma” üzərində işləyəcəklərini bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG