Accessibility links

Baydenin şərhlərindən sonra Rusiya ABŞ-dakı səfirini geri çağırıb


Rəsmi Vaşinqton Moskvanın pisləşən ikitərəfli münasibətlərlə bağlı məsləhətləşmələr aparmaq üçün ABŞ-dakı səfirini geri çağırmasına sakit reaksiya verir.

Rusiya Xarici İşlər Nazirliyi çərşənbə günü Anatoli Antonovun müvəqqəti vətənə qayıtmasını belə izah edib: “Bizim üçün ən vacib olan çətin vaxtlar yaşan Rusiya-ABŞ arasındakı münasibətlərin düzəldilməsi yollarını müəyyənləşdirməkdir. Vaşqinton bu münasibətlərin dlana dirəyib. Biz əlaqələrdə geriyə dönülməz addımlara yol verilməməsində maraqlıyık."

Moskva bunu çərşənbə günü səhər ABŞ-ın ABC televiziya kanalının lentə aldığı Co Baydenlə müsahibəsində ABŞ prezidentinin Rusiya dövlət başçısı Vladimir Putinin pis niyyətli hərəkətlərinə görə "cavab verəcəyini" deməsindən qısa bir müddət sonra deyib.

Bayden müsahibəsində Putinə “Ruhunuz olmadığını düşünürəm” dediyini Rusiya liderinin isə ona “Bir-birimizi başa düşürük” cavabını verdiyini də deyib.

ABC-yə müsahibəsi zamanı Putinin qatil olub-olmadığına inanırmı sualının cavabında Bayden "inanıram" deyib.

Çərşənbə günü keçirilən brifinqdə Ağ Evin mətbuat katibi Cen Psaki prezidentin Rusiya prezidentinin sözün əsl mənasında və ya məcazi mənada qatil olduğuna inandığını dəqiqləşdirməkdən imtina edib.

Psaki “O, [Rusiya ilə] birbaşa ünsiyyətdən geri çəkilməyəcək. Açıq şəkildə geri çəkilməyəcək” deyib.

Ağ Evin mətbuat Cen Psaki
Ağ Evin mətbuat Cen Psaki

Mətbuat katibi Moskvanın səfirini geri çağırması ilə bağlı suala Bayden administrasiyasının Rusiya ilə münasibətlərində əvvəlki rəhbərlikdən fərqli bir yanaşma aparacağını deyib. “Biz narahatlığımız olan yerlərdə səmimi olacağıq və sözümüzü birbaşa deyəcəyik” - deyə, o bildirib.

XS
SM
MD
LG