ABŞ Dövlət katibi Antoni Blinken və Rusiya Xarici İşlər naziri Sergey Lavrov çərşənbə günü Arktika Şurası nazirlərinin İslandiyanın Reykyavik şəhərində keçirilən görüşündə danışıqlar aparacaq.
Bu, ABŞ və Rusiya diplomatları arasında ilk yüksək səviyyəli üzbəüz görüş olacaq və ölkələr arasındakı gərginliyin artdığı bir vaxta təsadüf edir. Bu həm də ABŞ prezidenti Co Bayden və Rusiya lideri Vladimir Putin arasında gələn ay planlaşdırılan zirvə görüşü üçün zəmin yaradacaq.
ABŞ Dövlət Departamenti çərşənbə günü günortadan sonra keçirilən iclasda "Moskva ilə daha sabit və proqnozlaşdırıla bilən bir münasibət qurub qura bilməyəcəyimizi anlamaq üçün bir fürsətdir" deyib.
Blinken dünya ictimaiyyətini Arktikanı hərbiləşdirməməyə çağırıb. Bundan əvvəl ABŞ Rusiyanı xarici gəmilərdən bölgədən keçmək üçün icazə tələb etməsinə və Rusiyanın dənizçilərinin tələbə riayət etməyən gəmilərə minərək, onlara qarşı zorakılıq və təhdiddə ittiham etmişdi.
"Biz Rusiyanın qanunsuz dəniz iddialarını, xüsusilə də beynəlxalq qanunlara zidd olaraq, Şimal dənizi marşrutu ilə keçən xarici gəmilərlə əlaqəli iddialarını gördük" - deyə, Blinken İslandiyanın xarici işlər naziri ilə birlikdə keçirilən brifinqdə bildirib.
Blinken bunu Lavrovun Qərb ölkələrini Arktikada haqq tələb etməməsi barədə xəbərdarlığından bir gün sonra deyib.
Lavrov isə Moskvada jurnalistlərə verdiyi açıqlamasında “Buranın bizim ərazimiz, bizim torpağımız olduğu hamıya çoxdan məlumdur. Arktik sahillərimizin təhlükəsizliyinin təmin edilməsində biz cavabdehik" deyib.
İqlim dəyişikliyi Arktikanın buz təbəqələrinin əriməsini sürətləndirdikcə Arktika daha əlçatan olur.
Son illər Putin Rusiyanın Arktika bölgəsini daha yüksək strateji prioritet halına gətirdiyinə, hərbi infrastruktura və faydalı qazıntılara yatırımlarına görə Arktik Şurasının üzvləri ilə gərginliyi artırıb.
Moskvanın Kremlin tənqidçisi Aleksey Navalnını həbs etməsi, Rusiyanın Ukrayna yaxınlığında hərbi gücünü artırması və Rusiyadan olduğuna inanılan hakerlərin ABŞ-ın ən böyük qaz kəmərinə edilən kiber-hücum səbəbi ilə son zamanlar ABŞ-la Rusiya arasında münasibətlər daha da gərginləşib.