Accessibility links

ABŞ Rusiya ilə nüvə razılığından çıxır


ABŞ dövlət katibi Mayk Pompeo

Birləşmiş ştatlar cümə günü onillərdir bütöv bir kateqoriya nüvə silahlarını qadağan edən razılıqdan geri çəkildiyini elan edib. Bəzi təhlilçilər isə bu addımın yeni silah yarışına gətirib çıxara biləcəyindən narahatdır.

ABŞ dövlət katibi Mayk Pompeo deyib ki, 2 fevraldan etibarən Vaşinqton Soyuq Müharibədən bəri qüvvədə olan ABŞ-Rusiya Orta-Mənzilli Nüvə Qüvəlləri Razılığı qarşısındakı öhdəliyini dayandırır. ABŞ Rusiyanı bəzi qurudan atılan kruiz raketlərini qadağan edən razılığı pozmaqa ittiham edib. Rusiya isə bu ittihamı rədd edir.

Bu, bütün dünyada, ələlxüsus da 5500 kilometr məsafəni qət edə bilən qurudan atılan kruiz raketləri daxil olmaqla bir kateqoriya silahları qadağan edən ilk silahlara nəzarət razılığıdır.

Pompeo cümə günü Dövlət Departamentində müxbirlərə deyib ki, Rusiya altı ay ərzində razılığa əməl etməyə başlamadığı təqdirdə ABŞ Rusiyaya razılıqdan geri çəkiləcəyinə dair rəsmi bildiriş göndərəcək.

ABŞ-ın razılıqdan geri çəkiləcəyi Moskva ilə həll olunmayan mübahisə səbəbilə artıq bir neçə aydır gözlənilirdi.

"Müvafiq cavab tədbiri görmək bizim öhdəliyimizdir", Pompeo müxbirlərə söyləyib.

Pompeo dekabr ayında ABŞ-ın Rusiyaya razılığa əməl etməsi üçün 60 gün verəcəyini demişdi. Son möhlət tarixi şənbə günü başa çatır, amma ABŞ-ən razılqdan geri çəkiləcəyini cümə günü açıqlayıb və məsələ ilə bağlı danışıqların nəticə vermədiyini söyləyib.

Ağ Ev bildirib ki, Rusiya “gizlicə xaricdəki müttəfiqlərimizə və qoşunlarımıza təhlükə yaradan qadağan olunmuş raket sistemini inkişaf etdirir”və ABŞ “ bu və ya hər hansı başqa razılığa əməl edən yeganə ölkə ola bilməz.”

Rusiyanın xarici işlər naziri Sergey Ryabkov müxbirlərə deyib ki, ABŞ-ın razılıqdan geri çəkilməsi “beynəlxalq silahlara nəzarət sisteminə və kütləvi qırğın silahlarının yayılmaması sisteminə böyük zərbədir”.

NATO müttəfiqlərin ABŞ-ın razılıqdan geri çəkilməsini “tamamilə dəstəklədiyi” və Rusiyanın razılığı pozduğunu bildirir. Alyans Rusiya ilə “konstruktiv münasibət qurmaq istədiyini” də vurğulayır.

XS
SM
MD
LG