Accessibility links

ABŞ və Rusiyanın hərbi rəsmiləri üz-üzə 6 saat danışıqlar aparıb


ABŞ-ın Əfqanıstandakı silahlı qüvvələrini çıxarmasına və Talibanın hakimiyyəti ələ almasına uyğunlaşmağa çalışan Amerika Birləşmiş Ştatları və Rusiyanın yüksək səviyyəli hərbi rəsmiləri 2019-cu ildən bəri ilk dəfə, çərşənbə günü Finlandiyanın Helsinki şəhərində üz-üzə 6 saat danışıqlar aparıb.

ABŞ-ın Birgə Qərargahlar rəisi general Mark Milli və Rusiya Baş Qərargah rəisi general Valeriy Gerasimov adətən müzakirələrinin detallarını açıqlamırlar və tərəflərin görüşlə bağlı açıqlamaları minimal olub.

ABŞ-ın açıqladığı bəyanatda görüşün uzunluğuna dair məlumat verilsə də, təfərrüatlara varılmayaraq, danışıqların "risklərin azaldılması və operativ qarşıdurmanın aradan qaldırılması" məqsədi daşıdığı bildirilib.

Rusiyanın RİA xəbər agentliyinin bildirdiyinə görə, görüş zamanı risklərin azaldılması ilə bağlı müzakirələr aparılıb.

Suriya kimi ölkələrdə tez-tez bir-birinin yaxınlığında hərbi əməliyyatlar aparan ABŞ və Rusiyanın dünya boyu hərbi maraqları var.

Vaşinqton və Moskvanın Əfqanıstanda növbəti addımlarını necə atacaqları isə hələ məlum deyil.

Avqust ayında ABŞ-ın geri çəkilməsi və Talibanın hakimiyyəti ələ keçirməsindən sonra Birləşmiş Ştatların hərbi qüvvələri Əfqanıstandan gələ biləcək riskləri aradan qaldırmaq və anti-terror strategiyasını gücləndirmək üçün Konqresin təzyiqi altındadır.

Prezident Co Bayden administrasiyası Əfqanıstandaki Əl-Qaidə və ya İslam Dövləti kimi qrupların ABŞ-ı təhdid etdiyi təqdirdə onları havadan vura biləcək əməliyyatlara arxalandığını bildirib.

Lakin quruda heç bir əsgəri qüvvəsi olmadığı üçün Vaşinqtonun ona qarşı olan planları müəyyən etmə və ya qarşısını alma qabiliyyəti nə dərəcədə olduğu aydın deyil. 20 illik müharibədən sonra ABŞ-ın ordu rəsmilərinin də Taliban və onun Əl-Qaidə ilə əlaqələri haqqında təsəvvürü azdır.

Rusiya Prezidenti Vladimir Putin Moskvanın Taliban hökuməti ilə işləməli olacağını deyib və dünya güdrətlərini Əfqanıstanın dondurulmuş aktivlərini açmaq məsələsini nəzərdən keçirməyə çağırıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Slovakiyada baş nazir Fitsoya atəş açılıb, vəziyyəti ağırdır
please wait

No media source currently available

0:00 0:11:06 0:00
XS
SM
MD
LG