Accessibility links

Kreml ABŞ seçkilərinə müdaxilə ilə bağlı ittihamların əsassız olduğunu deyib


Rusiya prezidentinin sözçüsü Dmitri Peskov çərşənbə günü Rusiyanın 2020-ci il ABŞ seçkilərinə müdaxilə etdiyini göstərən ABŞ kəşfiyyat hesabatının səhv olduğunu və "nə əsası, nə də dəlili olduğunu" deyib.

Peskov ABŞ Milli Kəşfiyyat İdarəsinin (DNI) çərşənbə axşamı yayımladığı hesabatda Rusiya prezidenti Vladimir Putinin ABŞ prezidenti Co Baydeni ləkələməyə, keçmiş prezident Donald Trampın mövqeyini gücləndirməyə, seçkilərə inamı sarsıtmağa və ABŞ-dakı parçalanmanı dərinləşdirməyə çalışdığı deyilib.

Hesabatda 2016-cı ildə olduğu kimi ABŞ-ın seçki infrastrukturuna çıxış əldə etmək üçün Rusiyanın davamlı səyini görmədikləri qeyd edilib.

Jurnalistlərlə telefon brifinqində Peskov hesabatda qeyd edildiyi kimi Rusiyanın 2016 və ya 2020-ci ildə ABŞ seçkilərinə müdaxilə etmədiyini deyib.

"Rusiyanın heç bir namizəd əleyhinə kampaniyalarla əlaqəsi olmayıb" - deyə, Rusiya prezidentinin sözçüsü bildirib.

O, ABŞ hökumətinin bu hesabatı Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq etmək üçün istifadə etməsini gözlədiyini və bunun ağrılı Rusiya-Amerika münasibətlərinə zərər verdiyini deyib.

Milli Kəşfiyyat İdarəsinin hesabatında eləcə də İranın keçmiş prezident Trampın keçən ilki seçkilərdə qələbə şansını azaltmaq üçün hazırladığı "çox istiqamətli gizli təsir kampaniyası" həyata keçirdiyinin aşkar edildiyi, İranın xalqın ABŞ-dakı seçki prosesinə etimadını azaltmağa çalışdığı deyilir.

Hesabatda Livanın Hizbulla qrupu, Venesuela və Kubanın da az da olsa 2020-ci il ABŞ seçkilərinə müdaxilə etmək üçün səy göstərdikləri deyilir.

XS
SM
MD
LG