Accessibility links

ABŞ, Rusiya, Səudiyyə Ərəbistanı və Küveyt əhəmiyyətli iqlim hesabatının qəbul edilməsinə razılıq verməyib


Polşanın Katovitse şəhərində keçirilən BMT qlobal iqlim konfransının ikinci həftəsi ərzində qeyri-hökumət ətraf mühit mühafizəsi təşkilatı Greenpeace iqlim dəyişikliyinin qarşısının alınması ilə bağlı dünya liderlərindən təcili tədbirlər görülməsini tələb edib.

Greenpeace fəalları COP24 konfransının keçirildiyi “Spodek” arenasının damından “Siyasətçilər danışır, liderlər hərəkət edir” yazısı olan plakat asıblar.

Birləşmiş Ştatlar, Rusiya, Səudiyyə Ərəbistanı və Küveytin qlobal isitiləşmənin qarşısının alınması məqsədilə fəaliyyət planının icrası üçün əsas götürülməsi planlaşdırılan Qlobal İstiləşmə Hesabatının qəbul edlməsinə razılıq verməməsi çox sayda alimi və konfrans iştirakçılarını məyus edib.

İqlim Dəyişikliyi üzrə Hökümətlərarası Panelin hesabatına əsasən, Paris İqlim Sazişinin qlobal istiləşmənin 1.5 dərəcə Selsi altında saxlanılması kimi məqsədinə nail olmaq üçün ciddi addımların atılmasına ehtiyac var.

Hesabatda xəbərdarlıq edilir ki, dünya bu hədəfə nail olmaqdan çox uzaqdır və temperaturun getdikcə 3 dərəcə Selsi artmsına doğru gedir.

Birləşmiş Ştatları Paris İqlim Sazişindən çıxaran prezident Donald Tramp şənbə günü Twitter hesabında yazıb ki, “İnsanlar ətraf mühiti bəlkə qoruya biləcəkləri üçün böyük pullar vermək istəmirlər.”

XS
SM
MD
LG