Accessibility links

ABŞ: Rusiya ilə danışıqlar yanvarda baş tuta bilər


Dövlət Departamentinin Avropa üzrə baş diplomatı çərşənbə axşamı Rusiya prezidenti Vladimir Putinin ABŞ və müttəfiqlərini bölgədəki gərginliyə görə günahlandırsa da, Birləşmiş Ştatların Rusiya ilə Ukrayna sərhəd boyunca qoşun toplaması ilə bağlı ikitərəfli danışıqların yanvar ayında başlaya biləcəyinə inandığını deyib.

Bu barədə açıqlamanı jurnalistlərə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid verib. O, Rusiyanın NATO-nun Şərqi Avropa və Ukraynada hər hansı hərbi fəaliyyətdən imtina etməsi tələbi ilə bağlı danışıqlara başlamaq üçün konkret tarix barədə razılığa gələcəyini deyib.

Lakin o, “Biz açıq şəkildə bildirmişik ki, istənilən dialoq qarşılığa əsaslanmalı, Rusiyanın hərəkətləri ilə bağlı narahatlığımızı aradan qaldırmalı, avropalı müttəfiqlərimiz və tərəfdaşlarımızla tam koordinasiyada aparılmalıdır” - deyə, xəbərdarlıq edib.

“Açığını deyim ki, Avropasız Avropa təhlükəsizliyi ilə bağlı heç bir danışıq olmayacaq” - deyə, Donfrid bildirib.

Qərbin hesablamalarına görə, Rusiya 2014-cü ildə Ukraynanın Krım yarımadasını birtərəfli qaydada ilhaq etdikdən sonra Ukraynanın şərq sərhədi boyu 100 min əsgər yerləşdirib. ABŞ Rusiyanın gələn ilin əvvəlində Ukraynanı işğal edə biləcəyindən narahatlığını ifadə etsə də, Putinin bunu edib-etməyəcəyindən əmin deyil.

ABŞ Prezident Co Bayden iki həftə əvvəl virtual sammit zamanı Putinə Ukraynanı işğal edərsə, ABŞ və onun müttəfiqlərinin Rusiyaya qarşı dağıdıcı iqtisadi sanksiyalar tətbiq edəcəyi barədə xəbərdarlıq edib.

Amerika İcmalı

Amerika İcmalı. Türkiyə prezident seçkilərinin ikinci turuna hazırlaşır.
please wait

No media source currently available

0:00 0:29:14 0:00
XS
SM
MD
LG