Accessibility links

ABŞ, Rusiya və Britaniya koronavirusa ən çox yoluxma hallarının qeydə alındığı ölkələr sırasındadır


Dünya boyu 4.5 milyondan çox koronavirusa yoluxub, 300 mindən çox insan ölüb.

Birləşmiş Ştatlar, Rusiya və Britaniya COVID-19-a ən çox yoluxma hallarının qeydə alındığı ölkələrdir. ABŞ-da 1.5 milyondan, Rusiyada 263 min, Britaniyada isə 238 mindən çox yoluxma halı qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatının yeni araşdırması xəbərdarlıq edir ki, əgər cəld tədbirlər görülməsə virus Afrikada axır-əvvəl 250 milyon insana yoluxacaq və 150 min insanın ölümü ilə nəticələnəcək. Cümə günü BMJ Global Health jurnalında dərc olunan araşdırmada dünyanın başqa yerlərində, o cümlədən Avropa və ABŞ-da yoluxma hallarının proqnozlaşdırılandan daha az olacağı bildirilir.

Cümə günü Eritreyadan ox xəbər gəlib. Ölkənin səhiyyə nazirliyi yayadığını bəyanatda virusa yoluxan 39 nəfərin hər birinin “ tamamilə sağaldığını” bildirib.

İtaliyada iyunun 3-dən başlayaraq ölkəyə səyahətin icazə verilməsinə dair fərman qəbul edilib. Ölkə daxilindəki regionlar arasında səfərlərə də həmin gün icazə veriləcək. İtaliyada virusdan 31,600-dən çox insan ölüb. Ölkədə 224 minə yaxın yoluxma halı qeydə alınsa da, son zamanlarda yoluxma nisbəti azalıb.

Braziliyada səhiyyə naziri Nelson Teik vəzifədəyə təyin olunandan bir aydan qısa müddət sonra cümə günü istefa verib. Onun istefası president Cair Bolsonaro Teikə malariya əlaeyhinə istifadə olunan xlorokin dərmanından koronavirus xəstələri üçün istifadə olunmasına dair təzyiqi artırmasından sonraya təsadüf edib. Teikin sələfi də prezidentlə sosial məsafənin qorunması ilə bağlı fikir ayrılığı yaşadığı üçün ötən ay vəzifədən çıxarılmışdı.

Britaniya isə itlərə koronavirusa yoluxan insanları qoxlamağı öyrətmək üçün proqram başladacağını elan edən son ölkədir. Bu itlərdən hava limanları və başqa məkanlarda istifadə olunacaq. ABŞ və Fransa da bəznər proqramları həyata keçirəcəklərini açıqlayıblar. Daha öncə itlərə qoxlayaraq xərçəng, şəkərli dibaet və başqa xəstəlikləri müəyyən etmək öyrədilib.

Koronavirus pandemiyası dünya iqtisadiyyatlarına ziyan vurmağa davam edir. Bu iqtisadiyyatlar arasında ən son ziyan dəyən Almaniyadır.

Pandemiya nəticəsində Avropanın ən b[yük iqtisadiyyatına malik Almaniya ilin ilk rübündə tənəzzülə uğradı və iqtisadiyyat 2.2 faiz gerilədi.

Almaniyanın federal statisktika idarəsi cümə günü bildirib ki, 2019-cu ilin son rübündəki iqtisadi geriləmə 2009-cu ildə baş verən “ən pis qlobal mlaiyyə böhranından bəri” ən böyük geriləmədir.

Sloveniyada hökümət cümə günü epidemiyanın bitdiyini elan edib və sərhədlərini açıb, baxmayaraq ki, yeni yoluxma halları qeydə alınıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken və Lavrov Ukrayna gərginliyi ilə əlaqədar görüş keçirib
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG