Accessibility links

ABŞ-dan BMT-yə xəbərdarlıq: Rusiyada “öldürülməli və ya düşərgələrə göndərilməli olan” ukraynalıların siyahıları var


Dron Müstəqillik Meydanında Ukrayna bayrağını uçurmaqla "Vəhdət Gününü" qeyd edir . Kyiv, Ukrayna. 16 fevral, 2022.
Dron Müstəqillik Meydanında Ukrayna bayrağını uçurmaqla "Vəhdət Gününü" qeyd edir . Kyiv, Ukrayna. 16 fevral, 2022.

BMT-nin insan haqları üzrə ali komissarına göndərilən və Fransa xəbər agentliyinin əldə etdiyi məktuba əsasən, ABŞ Birləşmiş Millətlər Təşkilatına Rusiyada “öldürülməli və ya düşərgələrə göndərilməli olan” ukraynalıların adlarının olduğu siyahı barədə xəbərdarlıq edib.

Vaşinqtonun Rusiyanın Ukrayna sərhədi yaxınlığında cəmləşdirdiyi qoşunlarının qaçılmaz müdaxiləsi ilə bağlı xəbərdarlıq etdiyi bir vaxt göndərilən məktubda Birləşmiş Ştatların “dərin narahatlıq keçirdiyi” və potensial “insan haqları fəlakəti” barədə xəbərdarlıq etdiyi bildirilir.

Məktubda deyilir ki, Birləşmiş Ştatlar “Rusiya qüvvələrinin hərbi müdaxiləsindən sonra öldürülməli olan və ya düşərgələrə göndəriləcək kimliyi müəyyən edilən ukraynalıların siyahısını hazırladığı barədə etibarlı məlumatlara malikdir”.

BMT-nin insan haqları üzrə Ali Komissarı Mişel Baçelet
BMT-nin insan haqları üzrə Ali Komissarı Mişel Baçelet

BMT-nin İnsan Haqları üzrə ali komissarı Mişel Baçeletə ünvanlanan məktubda deyilir ki, “Rusiya qüvvələrinin çox güman ki, dinc etirazları dağıtmaq və ya dinc əhali tərəfindən mülki müqavimətin dinc təzahürlərinin qarşısını almaq üçün öldürücü vasitələrdən istifadə edəcəyi barədə də etibarlı məlumatımız var”.

ABŞ-ın Cenevrədəki BMT-dəki səfiri Batşeba Nell Kroker tərəfindən imzalanmış məktubda Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin insan oğurluğu və ya işgəncə kimi hallara səbəb ola biləcəyi, eləcə də siyasi dissidentlər, dini və etnik azlıqların üzvlərinin də hədəf alına biləcəyi barədə xəbərdarlıq edilir.

ABŞ və Qərb müttəfiqlərinin hesablamalarına görə, Rusiya son həftələr Ukrayna sərhədləri yaxınlığında 150 mindən çox hərbçi yerləşdirib.

Moskva qonşusuna hücum etmək planlarını inkar edir, lakin Ukraynanın heç vaxt NATO-ya qoşulmayacağı və Qərb alyansının Şərqi Avropadan qüvvələri çıxaracağına dair zəmanət istəyir. Qərb bu tələbləri rədd edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG