Accessibility links

ABŞ Rusiyada yerli səfirlik işçilərini işdən çıxarıb


Birləşmiş Ştatar cümə günü Rusiyadakı diplomatik missiyalarında işləyən təxminən 200 yerli işçini işdən çıxardığını bildirib. Bu açıqlama Kremlin ABŞ-a avqustun 1-ə tətbiq etdiyi son möhlət tarixindən iki gün öncəyə təsadüf edib. Bu, hər iki tərəfin gördüyü və ABŞ-Rusiya münasibətlərinin gərginləşməsinə səbəb olan tədbirlərdən ən sonuncusudur.

Dövlət katibi Antoni Blinken deyib ki, insanların işdən çıxarılması təəssüfləndiricidir. O qeyd edib ki, ABŞ Moskva ilə Vaşinqton arasında münasibətlərin kəskin şəkildə pisləşməsinə baxmayaraq, bundan yayınmaq istəyirdi.

“Bu təəssüfedici tədbirlər ABŞ-ın Rusiyadakı missiyasının əməliyyatlarına, mümkündür hətta personalımızın təhlükəsizliyinə, habelə bizim Rusiya hökuməti ilə diplomatiya aparmaq imkanımıza kəskin təsir göstərəcək,” Blinken bəyanatda bildirib.

Biz Rusiya hökumətinin bizi xidmət və əməliyyatlarımızı azaltmağa məcbur qoyan əməllərinə görə heyfslənsək də, Birləşmiş Ştatlar öhdəliklərini yerinə yetirəcək, eyni zamanda da Rusiya ilə proqnozlaşdırıla bilən və sabit münasibət yürütməyə davam edəcək,” o deyib.

Rusiya Xarici İşlər Nazirliyi məsələ ilə bağlı səssiz qalıb, Rusiyanın Vaşinqtondakı səfirliyi də şərh isəyinə cavab verməyib.

Ruisya bu ilin əvvəlində Moskvadakı səfirlik və Yekaterinburq ilə Vladivostokdakı konsulluqlarına amerikalı olmyan demək olan bütün işçilərə qadağa elan edib. Bu, ABŞ-ın rus diplomatlarını ölkədən qovması və hər iki ölkənin digərində bir sıra diplomatik təsisatları bağlamasından sonraya təsadüf edib.

Diplomatların qovulması, diplomatik obyektlərin bağlanması ABŞ-ın Ruisyay 2020-ci ildə keçirilən prezident seçkisinə müdaxiləsi, Britaniyana keçmiş rusiyalı casusun zəhərlənməsi, müxalif fəal Aleksey Navalnın həbsi və onun tərəfdaşlarına qarşı aparılan təqib, habelə Ruisyanın ABŞ-ın federal idarələrini SolarWinds şirkəti vaistəsilə haker hücuma məruz qalmasında oydanığı rol səbəbilə sanksiyalar tətbiq etməsi fonunda baş erib. Rusiya bütün bu ittihamları rədd edib.

Qadağa elan olunandan sonra səfirlik müntəzən konsulluq xidmətlərini dayandırıb və may ayından bəri immiqrant vizalarını yalnız həyat-ölüm məsələləri olduğu təqdirdə proses edib.

Konsulluq xidmətlərinin dayandırılması rusiyalı biznesmenlər, mübadilə proqramının tələbələri və cütlükləri qeyri-müəyyən vəziyyətə salıb, çünki onlar artıq Rusiyada ABŞ vizaları ala bilmirlər.

Buna baxmayaraq ABŞ Rusiyanın qərarının ötən ay Prezident Co Bayden ilə Ruisya Prezidenti Vladimir Putin arasında Cenevrədə keçirilən görüşdən sonra dəyişəcəyinə dair ehtiyatlı nikbinliklə yanaşırdı. Lakin görüşdən sonra bu ümidlər boşa çıxdı.

Bununla da ABŞ cümə günü 182 yerli ofis və katiblik işçisini, habelə sürücü və podratçıların ABŞ təsislərində işin son qoyulduğunu açıqlayıb. Bu qadağa yalnız səfirlik kompleksinin önündə keşik çəkən mühafizəçilərə şamil olunmayıb.

Amerika İcmalı

Amerika İcmalı - 11 Sentyabr hücumlarının 20-ci ildönümü
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG