Accessibility links

ABŞ Rusiyanın 5 təsisatı və 3 şəxsə qarşı sanksiyalar tətbiq edib


ABŞ Rusiyanın 5 təsisatı və 3 şəxsə qarşı sanksiyalar tətbiq edib. Onlar Rusiyanın kəşfiyyat nazirliyini kiber hücumlar vasitəsi ilə materiallar və texniki dəstəklə təmin etməkdə günahlandırılır.

Maliyyə Naziri Stiven Mnuçinin dediyinə görə, sansiyalara məruz qalanlar ABŞ və onun müttəfiqlərinin təhlükəsizliyənə hədə yaradıb.

Sanksiyalar qoyulmuş şirkətlərin üçü Rusiyanın kibernetik qüdrətinin artırılmasına və Moskvanın sualtı hərbi qabiliyyətinin gücləndirilməsinə xidmət etməklə Birləşmiş Ştatların və onun müttəfiqlərinin təhlükəsizliyinə hədə yaratmaqda ittiham edilir.

Mnuçin deyib ki sanksiyalanmış vahidlərdən birinə Rusiyanın Federal Təhlükəsizlik Xidməti nəzarət edir və bu müəssisə FTX tərəfindən maddi və texnoloji baxımdan təchiz olunur.

ABŞ-ın kəşfiyyat qurumlarının 2017-ci ilin yanvarında gəldiyi nəticəyə görə Moskva 2016-cı il prezident seçkisinə hakerlik və təbliğat vasitəsilə təsir göstərməyə çalışıb.

Buna görə də ABŞ hakimiyyət orqanları Rusiya təhlükəsizlik xidmətlərinə dəstək verməkdə şübhəli bilinən şirkətlərə qarşı cəzalandırıcı tədbirlərə əl atıb.

FTX və Rusiyanın hərbi kəşfiyyatı GRU-nun zabitlərinə də sanksiyalar tətbiq edilib.

ABŞ Maliyyə Nazirliyi iyunun 11-də verdiyi bəyanatla Sankt Peterburqdakı Digital Security şirkətini Rusiyanın kiberhücum qabiliyyətinin artırılmasına xidmətdə ittiham edib.

Yeni sanksiyalar habelə Sankt Peterburqdakı başqa bir şirkəti - Divetechnoservice adlı firmanı hədəfləyir. Bu şirkət FTX-ni sualtı avadanlıqla təchiz etməkdə ittiham olunur.

Maliyyə Nazirliyinin məlumatına görə bu şirkət 2011-ci ildə FTX üçün sualtı qurğunun hazırlanması məqsədilə 1, 5 milyard dollarlıq müqavilə bağlayıb.

Bundan əvvəl NATO və ABŞ rəhbərləri Rusiya sualtı qayıqlarının Amerika sahillərindəki fəaliyyətinin artmasından narahatlıq ifadə edib.

Sanksiyaların hədəflədiyi Kvant Elmi Araşdırmalar İnstitutuna 2008-ci ildən bəri keçmiş FTX zabitinin rəhbərlik etdiyi məlumdur.

Meduzanın 2016-cı ildə apardığı təhqiqatdan bəlli olub ki, Hacking Team kimi tanınan İtaliya şirkəti 2012-2014-cü illər arasında mobil telefonlara və kompüterlərə müdaxilə imkanı verən avadanlıq alıb. Bu avadanlığın qiyməti 500 min dollar olub.

İndiyədək bir neçə Rusiya rəsmisinə qarşı ABŞ xüsusi prokuroru Robert Müller də cinayət işi qaldırıb. O, Trampın seçki kampaniyası ilə Rusiya rəsmiləri arasında iddia edilən əlaqələri araşdırır.

Sanksiya tətbiq edilənlərdən biri də Sankt Peterburqda “trol fabriki” kimi tanınan İnternet Araşdırmaları İnstitutuna rəhbərlik etdiyi deyilən biznesmen Priqojindir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukraynada daşqın ərazilərində xilasetmə işləri davam edir
please wait

No media source currently available

0:00 0:11:24 0:00

Amerika İcmalı

Amerika İcmalı. İlham Əliyev və Nikol Paşinyan arasında Kişinyonvda görüş.
please wait

No media source currently available

0:00 0:29:22 0:00
XS
SM
MD
LG